Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Təlim prosesinin psixoloji əsasları



Yüklə 0,82 Mb.
səhifə30/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

6. Təlim prosesinin psixoloji əsasları
Bəzi mənbələrdə təlim prosesinin quruluşu daha geniş verilir. Bu qu­ru­luş aşağıdakı kimidir:

  1. məlumatı qavramaq üçün psixoloji hazırlıq;

  2. məlumatın qavranılması və onun başa düşülməsi;

  3. məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi;

  4. biliklərin möhkəmləndirilməsi;

5) bilik, bacarıq və vərdişlərin tətbiqi;

  1. ­şagirdlərin işlərinin təhlili (bilik, bacarıq və vərdişlərə yiyələnməyə nə­zarət etmək).

Təbiidir ki, təlim prosesinin bütün struktur komponentləri bir-birindən ay­rıl­mazdır və bir-birindən asılıdır. Onlarin bütün imkanlarından tam istifadə edil­dikdə təlim yaxşı səmərə verər.
1. Məlumatı qavramaq üçün psixoloji hazırlıq şagirdin öyrənəcəyi fənnin məqsədini dəqiq və aydın təsəvvür etməsindən ibarətdir. Məktəbdə oxumaq ic­ba­ri­dir. Müəllimin vəzifəsi şagirdlərdə oxumağa həvəs oyatmaq, onları fənni qav­ramağa psixoloji cəhətdən hazırlamaqdır.

  1. Məlumatın qavranılması və onun başa düşülməsi. Qavrama əşyaların və onların xassələrinin qarşılıqlı əlaqəsinin insan şüurunda inikasıdır. O, əş­ya­la­rın insanın hiss orqanlarına bilavasitə təsiri nəticəsində meydana gəlir. Elmi id­rak­da oldugu kimi, təlimdə də qavramanın birinci mərhələsi duyğulardan baslanır.

Məşhur pedaqoq K.D.Uşinski deyirdi ki, pedaqoq eyni zamanda bir neçə hiss orqanlarına təsir etdikdə, yəni həm danışdıqda, həm də göstərdikdə, hətta öyrənilən əşyanın xas- sələrini toxunma, əl vurma yolu ilə öyrətdikdə şagirdin şüurunda dərin iz buraxılır. Ona görə də təəssüratı gücləndirmək üçün əyani vasitələrdən – plakat, model, maket, kino və müasir texnologiyalardan istifadə edilir.
Müəllimin ustalığı ondadir ki, o həm görmə, həm də eşitmə kanallarının imkanlarından düzgün istifadə etsin, bu kanallarla gələn məlumatlar bir-birini qarşılıqlı surətdə tamamlasın. Lakin məlumat insan tərəfindən həmçinin iybilmə, lamisə, dadbilmə kanallarının və başqa analizatorların koməyi ilə qavranılır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin