Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


İnnovativ pedaqoji texnologiyalara aşağıdakılar daxildir



Yüklə 0,82 Mb.
səhifə27/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

İnnovativ pedaqoji texnologiyalara aşağıdakılar daxildir:
1. Pedaqoji ünsiyyət;
2. Pedaqoji qiymətləndirmə;
3. Pedaqoji tələbkarlıq;
4. Pedaqoji konflikt.
1. Pedaqoji ünsiyyət. Ünsiyyət cəmiyyətin mövcud olması üçün əsas amillərdən biridir. İnsanlar ünsiyyət prosesində özlərinin bir şəxsiyyət kimi potensial imkanlarını meydana çıxara bilirlər. Pedaqoji ünsiyyət həm də normal pedaqoji prosesin qurulması üçün vacib elementdir. Pedaqoji ünsiyyət olmadan pedaqoji prosesdə uğurlar qazanmaq qeyri-mümkündür. Pedaqoji ünsiyyət müəllim-şagird, şagird-şagird arasında fikir və emosiyaların qarşılıqlı mübadiləsi prosesi, birbaşa informasiya mübadiləsidir. Pedaqoji ünsiyyət praktik əhəmiyyət daşımaqla iki istiqamətdə bacarıqları əhatə edir:
1. Sosial persepsiya bacarığı;
2. Verbal və qeyri-verbal ünsiyyətə girmək bacarığı.
Əslində pedaqoji ünsiyyət, ilk növbədə, müəllim-şagird və şagird-şagird münasibətlərində onların bir-birini qavramasından başlayır. Onlar qarşılıqlı dərk olunma prosesində bir-birinə təsir göstərməklə fəaliyyətlərini verbal və qeyri-verbal formalarda davam etdirirlər. Pedaqoji texnologiyaların bir növü kimi pedaqoji ünsiyyətdən istifadə olunarkən onun mühüm vəzifələrini aydınlaşdırmaq və təcrübə prosesində həmin vəzifələrin reallaşdırılmasına çalışmaq çox vacibdir.
Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi zamanı belə məlum olmuşdur ki, yenilikçi, yaradıcı müəllimlərin təcrübəsində pedaqoji ünsiyyətdən daha səmərəli istifadə olunur. Onlar şagirdlərinə bir şəxsiyyət kimi yanaşaraq bütün fəaliyyətlərini onların inkişaf etdirilməsi istiqamətində qururlar və bu zaman aşağıdakı vəzifələrin yerinə yetirilməsinə daha çox diqqət yetirirlər. İlk növbədə, şagirdlərlə ünsiyyətin forma məzmununu müəyyən etmək üçün onu «kəşf» edirlər. Bunun üçün müşahidələrin diqqətlə aparılması, təlim tapşırıqlarının icrası zamanı şagirdlərin marağının öyrənilməsi, onların müxtəlif qabiliyyətlərinin üzə çıxarılması və s. vacib hesab edilir. Nəticədə şagirdin bir şəxsiyyət kimi dərk olunması baş verir. Təlim prosesində şagirdin fəallaşdırılması da mühüm vəzifələrdən biri kimi yerinə yetirilir. Bunun üçün maraqla qarşılana bilən mövzularda dialoqlar qurulur, şagirdlərin çıxış etmələrinə, dialoqlarda iştirakına şərait yaradılır. Bu zaman şagirdlərə daha çox fikir söyləmək imkanı verilir. Onların qarşılıqlı fəaliyyətdə olmalarına şərait yaradan sual və tapşırıqlardan istifadə edilir. Məlum olduğu kimi, uşaqlar həddən artıq həssasdırlar. Onlar iştirakçısı olduqları dərsi, orada iştirak edən insanların xarakterik cəhətlərini hamıdan tez duya bilirlər. Odur ki, müəllim uşaqların fərdi xüsusiyyətlərindəki özəllikləri duya bilməklə özünün bir müəllim kimi peşəkarlığını nümayiş etdirməyə imkan tapmış olur. Belə məqamda müəllim şagirdlərinə özünün rəğbət hissini çatdırmağa çalışmalıdır. Həm də bu zaman şagirdlər arasında ayrı- seçkiliyə yol verilməməlidir. Şagird müəlliminin rəğbət və qayğısını dərk etməli, isti münasibətindən məmnun qalmalıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin