3.Şagirdyönümlülük - Şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Müəllim şagirdlərin daim inkişaf edən maraqlarını nəzərə almaqla və öyrədici, inkişafetdirici, tərbiyələndirici təlim mühitini yaradaraq tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılmalıdır.
4.İnkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
5.Fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
6.Dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
. Bu proses şagirdlərdə müstəqilliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təlim prosesində bunu tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit yaratmalıdır. Əşyavi mühit dedikdə sinifdə əşyaların yeri, mebellərin şagird istifadəsinə uyğun təşkili nəzərdə tutulur. Həmçinin, müəllim şagirdlərin müxtəlif öyrənmə üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməlidir.
3.Pedaqoji texnologiyalar. . Pedaqoji texnologiya dedikdə, qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar kompleksi başa düşülür.
Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmaq olar:
1) Qnostik (idraki) komponent
2) Layihələşdirici komponent
3) Konstruktiv komponent
4) Təşkilatçılıq komponenti
5) Kommunikativ (ünsiyyət) komponent.