Qnostik komponentə daxildir: təlim, təhsil-tərbiyənin məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagirdləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək, öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s. Layihələşdirici komponent. Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir.
Konstruktiv komponent. Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq və keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur.
Kommunikativ komponent. Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektini özündə birləşdirir. Son iki komponent (kommunikativ və təşkilatçılıq komponentləri) bir-biri ilə sıx əlaqədədirlər. Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi – pedaqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir. Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən hiss olunur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır. Bu, konkret insanın psixikasında baş verən əməliyyatlar və hərəkətlərdir. Amma pedaqoji və psixoloji texnologiyalar arasında dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir. Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər: 1) Təlim texnologiyası 2) Tərbiyə texnologiyası 3) İnkişaf texnologiyası 4) Diaqnostika texnologiyası. Təlim texnologiyası dedikdə, bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür. Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntəzəm olaraq ümumiləşən münasibətlərin, məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar komplekti başa düşülür. İnkişaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyası ilə əlaqədardır. Psixi inkişaf dedikdə, əqli bacarıqların formalaşdırılması, insan psixikasında hər hansı əməliyyatların (çıxarılması) çoxalması nəzərdə tutulur. Beləliklə, bacarıqların formalaşması harada baş verirsə orada da psixi inkişaf müşahidə olunur. Fiziki inkişaf zamanı fiziki bacarıqlar nəticə kimi özünü göstərir. Diaqnostika texnologiyası pedaqoqların və ya psixoloqların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır.