Ədəbiyyat
1.Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ. Pedaqogika, B: Adiloğlu nəşr., 2006, səh.167-172
Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı Universiteti nəşriyyatı, 2003, səh.157-184
Paşayev Ə., Rüstəmov F. Pedaqogika, B: Elm və təhsil, 2010.
səh.39-62
Hüseynzadə R.Səriştəli müəllim kadrlarının hazırlığı təhsilin keyfiyyətinin yüksəldilməsinin mühüm amili kimi. “Müəllim hazırlığının aktual problemləri və modernləşdirilməsi” kitabında.B: Mütərcim, 2015,s.76-130
İbrahimov F., Hüseynzadə R. Pedaqogika, B: Mütərcim, 2013,I cild,2013,s.151-191
İlyasov M. Müəllimin pedaqoji ustalığı.B: Elm və təhsil, 2013,s.24-37; 54-59
İlyasov M.Müəllim peşəkarlığı və və pedaqoji səriştəliliyin müasir problemləri.B: Elm və təhsil, 2018,s.17-41.,92-97
Mehrabov A.Səriştəli müəllim hazırlığının problemləri.B: Elm və təhsil, 2015, 288s.
8. Quliyeva K.Müəllim hazırlığı təhsil sistemində aparılan islahatların strateji istiqamətlərindən biri kimi.Müəllim hazırlığının aktual problemləri və modernləşdirilməsi. B: Mütərcim,2015, s. 192-206
9. Quliyeva K. Müəllimin peşə standartları.Təhsildə tarixilik və müasirlik.Elmi-prak konf. materialları .B: 8 may 2018,s. 51-53
Mövzu:4.
Mövzu:4. Pedaqoji proses. İnnovativ pedaqoji texnologiyalar. Təlimin mahiyyəti, onun fəlsəfi-psixoloji əsasları.
Pedaqoji proses və onun mərhələləri
Ümumtəhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
Pedaqoji texnologiyalar.
İnnovasiyalar və İnnovativ pedaqoji texnologiyalar.
Təlimin fəlsəfi –idraki əsasları
Təlimin psixoloji əsasları.
1.Pedaqoji proses və onun mərhələləri
Pedaqogikanın ən mühüm məsələlərindən biri də pedaqoji prosesdir. “Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatlarda əsasən belə təqdim olunur: Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Başqa sözlə desək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin keyfiyyətinə çevrilir.Bu prosesə tədris müəssisələrində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri daxildir. Bəzi pedaqoji ədəbiyyatda bu, “təlim-tərbiyə prosesi” anlayışı kimi də işlədilir.
Pedaqoji prosesə təkcə tədris müəssisələrində aparılan təlim, tərbiyə,təhsil və inkişaf məsələləri deyil, habelə məktəbəqədər təhsil, mədəni-maarif, istehsalat müəssisələrində, məktəbdənkənar tərbiyə ocaqlarında, ictimai təşkilatlarda aparılan təlim-tərbiyə işi, ailədə tərbiyə təcrübəsi də aiddir.
Pedaqoji proses bir sistem kimi çox mürəkkəb mexanizmdir. O, təlim-tərbiyə, təhsil, inkişaf, formalaşma, öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunanların qarşılıqlı əməkdaşlığı və s. prosesləri özündə ehtiva edir. Pedaqoji prosesin subyektini ayrı-ayrı şəxslər, yəni tərbiyə edənlər (tərbiyəçi, müəllim, valideyn, məktəb rəhbərləri və b. ) təşkil edir.
Pedaqoji proses dinamik sistem kimi özünəməxsus quruluş komponentlərinə malikdir. Onlardan məqsəd, məzmun, fəaliyyət və nəticə komponentlərini göstərmək olar. Məqsəd komponenti pedaqoji prosesin məqsəd və vəzifələrini, məzmun komponenti ümumi məqsəddən, habelə konkret vəzifədən tələb olunan mənanı, fəaliyyət komponenti müəllim və şagirdlərin əməkdaşlığını və qarşılıqlı təsiri, prosesin təşkili və idarə olunmasını, nəhayət, nəticə komponenti qarşıya qoyulan məqsəd və vəzifələrin nəticələrini və onların səmərəliliyini əks etdirir.
Bütün digər proseslər kimi, pedaqoji prosesin də qanunauyğunluqları vardır. Qanunauyğunluqlar pedaqoji prosesə xas olan obyektiv, zəruri əlaqələri özlərində əks etdirirlər. Bu qanunauyğunluqlardan aşağıdakıları göstərmək olar:
Pedaqoji prosesin inkişafının proses zamanı baş verən dəyişikliklərin kəmiyyətindən asılılığı;
Pedaqoji proses vaxtı şəxsiyyətin inkişafının ona təsir edən amillərdən: irsiyyətdən, təlim-tərbiyə mühitindən və tətbiq olunan pedaqoji təsir vasitələrindən asılılığı;
Təlim-tərbiyənin idarə olunmasının pedaqoji prosesin səmərəliliyinə təsiri;
Pedaqoji prosesin idrakın və praktikanın vəhdətliyindən asılılığı;
Həvəsləndirmə metod və vasitələrinin pedaqoji prosesin nəticələrinə təsiri;;
Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatlarından, imkanlarından və prosesin baş verdiyi şəraitdən asılılığı və s.
Dostları ilə paylaş: |