Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Peşəkarlıq və səriştəlilik anlayışları. Müəllimin peşə kompetensiyaları



Yüklə 0,82 Mb.
səhifə18/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3.Peşəkarlıq və səriştəlilik anlayışları. Müəllimin peşə kompetensiyaları. Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Peşəkarlıqla səriştəlilik biri-biri ilə elə sıx əlaqəlidir ki, bunların birinə malik olub digərinə yiyələnməmək mümkün deyildir.
Peşəkarlıq müəllimin lazımi biliyə, bacarıqlara sahib olması, pedaqoji prosesin incəliklərinə dərindən yiyələnməsidir.
Səriştəlilik - müəllimin pedaqoji prosesi məharətlə, daha əlverişli metodlarla reallaşdıra bilməsidir. Əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətidir.
Müəllimin peşə səriştəliliyi pedaqoji fəaliyyətin bütün mərhələlərində özünü göstərməklə bir tamlıq yaratmalıdır.
Səriştəli müəllim pedaqoji prosesdəki bütün gərginliyi aradan qaldırmaqla yanaşı, təlim-tərbiyə işlərinin nəticəyönümlülüyünü də təmin edir.
Səriştəli müəllimin dərsində təkcə şagirdlər deyil, müəllimin özü də heç bir əsəb gərginliyi, sıxıntı, narahatlıq keçirmir.
Peşəkar və səriştəli müəllim həm fənnini gözəl bilir, həm də onu ustalıqla öyrədir, mürəkkəb pedaqoji problemləri çevik şəkildə həll edir, pedaqoji yeniliklərdən xəbərdardır, yeni pedaqoji təfəkkürə malikdir. Daim yeniliklər axtarışındadır, pedaqoji prosesə yaradıcı yanaşır və innovativ texnologiyalardan bacarıqla istifadə edir. Verbal və qeyri-verbal ünsiyyət üslubuna malikdir, dərs dediyi şagirdlərə dəyər verir, onlara şəxsiyyət kimi yanaşır. Obyektiv və ədalətlidir, şagirdlərlə görüşə hər gün daha zəngin biliklə, yeni məlumatlarla gəlir və sinifdə sağlam mənəvi-psixoloji mühit yaratmağı bacarır.
Müasir dövrdə müəllimin pedaqoji səriştələrinə - kompetensiyalarına daha çox diqqət yetirilir və bunlar aşağıdakı kimi təsnif edilir:

  1. Təşkilatçılıq, idarəetmə kompetensiyaları:

  • planlaşdırma və təqvim-tematik planın hazırlanması;

  • tələb verə bilmək və onun icrasına nəzarət;

  • şagirdlərin fəaliyyətinə nəzarət;

  • sinifdə diskusiyanın idarə edilməsi;

  • özünəinam və özünənəzarət;

  • şəxsiyyət və peşə nüfuzunun sintezinə malik olmaq;

  • kollektivi ardınca apara bilmək.

  1. Didaktik kompetensiyalar:

  • təlim-tərbiyə prosesində ən optimal yollardan istifadə edə bilmək;

  • fəal dinləmə və başqalarının fikrinə hörmətlə yanaşmaq bacarığı;

  • innovativ texnologiyalardan səmərəli istifadə edə bilmək;

  • qabaqcıl təcrübəni tətbiq etmək;

  • informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək.

  1. Şagirdlərin idrak fəallığını inkişaf etdirməklə bağlı kompetensiyalar:

  • yaradıcı təfəkkürə malik olmaq, pedaqoji prosesə yaradıcı yanaşa bilmək;

  • şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafına nail olmaq;

  • yaradıcılığa, axtarışlara və öyrənməyə təhrik edə bilmə bacarığı;

  • şagirdlərin təlim motivlərini inkişaf etdirə bilmək;

  • yaradıcı tapşırıqların hazırlanması.

  1. Pedaqoji prosesə kreativ yanaşma ilə bağlı kompetensiyalar;

  • müstəqil mühakimə və təfəkkür tərzinə sahib olmaq;

  • tolerantlıq, başqalarının fikir və düşüncələrinə hörmətlə yanaşmaq;

  • gözlənilməz və qeyri-standart situasiyalarda çevik və düzgün qərar qəbul edə bilmək.

  1. Ünsiyyət və əməkdaşlıqla bağlı kompetensiyalar:

  • ünsiyyət və dialoq mədəniyyətinə malik olmaq;

  • şagirdlər, onların valideynləri, müəllim həmkarları və məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər qurmağı bacarmaq;

  • empatiya bacarıqlarına sahib olmaq;

  • pedaqoji peşəni və tədris etdiyi fənni uşaqlara sevdirmək və s.

Bütün bu kompetensiyalara yiyələnən müəllim həm əxlaqi siması, həm şəxsi mədəniyyəti, həm də sənətinə və uşaqlara məhəbbəti ilə öz peşəsinin nüfuzunu yüksəldir, müəllim adının şərəfini, müqəddəsliyini qoruyur, humanizm, ədalətlilik, dürüstlük, tələbkarlıq, təmkinlilik onun pedaqoji mədəniyyətinin ayrılmaz komponentinə çevrilir. .

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin