Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


III Mövzu. Səriştəli müəllim hazırlığının problemləri. Müəllimin peşə kompetensiyaları



Yüklə 0,82 Mb.
səhifə16/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

III Mövzu. Səriştəli müəllim hazırlığının problemləri. Müəllimin peşə kompetensiyaları


Plan:

  1. Müəllimin cəmiyyətdə rolu və vəzifələri

  2. Müəllimlik peşəsinə verilən tələblər, müəllimin pedaqoji qabiliyyətləri

  3. Peşəkarlıq və səriştəlilik anlayışları.Müəllimin peşə kompetensiyaları

  4. Müəllimin pedaqoji ustalığı

  5. Müəllimin pedaqoji etikası

  6. Müəllim peşəkarlığının inkişaf istiqamətləri.


  1. Müəllimin cəmiyyətdə rolu və vəzifələri. Bəşər cəmiyyəti yaranandan əldə edilmiş təcrübənin gənc nəslə ötürülməsi vacib hesab edilmiş, bu işlə məşğul olan insanların, yəni müəllimlərin əməyi yüksək qiymətləndirilmişdir. Müəllim cəmiyyətdəki sosial statusundan asılı olmayaraq həmişə insanın formalaşması prosesində iştirak etmişdir. Bu peşənin ictimai və humanist əhəmiyyəti, cəmiyyətdəki önəmli rolu da məhz bununla bağlıdır.Bəşəriyyətin bütün işıqlı şəxsiyyətləri, qüdrətli zəka sahibləri, pedaqoji elmin korifeyləri müəllimliyi bütün peşələrdən uca tutmuş, onu gənc nəslin təlim-tərbiyəsində başlıca istiqamətverici qüvvə hesab etmişlər.

Ulu öndər H.Əliyev qeyd edirdi ki, “ Həyatını müəllimliyə həsr edən insanlar ən fədakar, xalqına, millətinə sədaqətli, eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Müəllim gələcək cəmiyyətin memarı və qurucusudur, çünki gələcək cəmiyyət məhz onun yetirmələrinin əli ilə qurulur. Keyfiyyətli təhsilin taleyi məhz müəllimlə bağlıdır. O, mədəniyyətin, sosial dəyərlərin daşıyıcısı kimi mühüm bir missiyanı yerinə yetirir.Müəllim öz fəaliyyəti ilə keçmişin sınaqlarından keçib gələn elmi, mədəniyyəti gənc nəslə ötürür, eyni zamanda onlara dövrün tələblərinə uyğun bilik, bacarıq və vərdişlər aşılayır.
Insan resurslarının müasirləşdiyi,maddi kapitalın insan kapitalına çevrildiyi hazırki şəraitdə müəllim əməyinin əhəmiyyəti daha da artır. Çünki müəllim gənc nəslə təkcə elmlərin əsaslarını öyrətmir, eyni zamanda onlara ən nəcib əxlaqi keyfiyyətlər, vətən, torpaq sevgisi, mənəvi dəyərlər aşılayır. Onun ən ali məqsədi məhz bundan ibarətdir.Bu gün vətənə sevgisini canı-qanı ilə sübut edən, vətənpərvərliyi həyat amalına çevirən Azərbaycan gəncliyi müəllimlərimizin şah əsəridir.
Pedaqoji fəaliyyət prosesində müəllim bir sıra vəzifələri yerinə yetirir.
Müasir dövrdə müəllimin birinci vəzifəsi şagirdlərə öyrənməyi öyrətməkdir. Vaxtilə ərəb filosofu İbn Xəldun yazırdı: “Hər öyrədən müəllim deyil, kimdən ki, öyrənirsən, müəllim odur”. Müasir müəllim təlim prosesində bilikləri sadəcə hazır şəkildə ötürmür, bələdçi, istıqamətverici, fasilitator rolu oynayaraq biliklərin müstəqil şəkildə əldə edilməsini təmin edir.
Müəllim idarəetmə vəzifəsini yerinə yetirir və buna 2 yolla nail olur: diaqnostlaşdırma və proqnozlaşdırma yolu ilə. Yəni müəllim məktəblilərin fiziki və psixi inkişafını, davranışını izləyir, onların əqli hazırlıq səviyyəsini, ailədə tərbiyə şəraitini öyrənir, buna uyğun olaraq məqsədi düzgün müəyyənləşdirir və öz işinin nəticələrini qabaqcadan görməyi bacarır.
Müəllim layihələşdirici vəzifəni yerinə yetirir, yəni gələcək fəaliyyətinin modelini qurur, məqsədinə nail olmaq üçün yollar və vasitələr seçir.
Müəllim eyni zamanda təşkilatçılıq, informasiya vermə, nəzarətetmə, qiymətləndirmə vəzifələrini də icra edir. Sonda öz işini təhlil edərək onun səmərəliliyini müəyyən edir, yəni analitik vəzifəni yerinə yetirir.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin