Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Şəxsiyyətin sosiallaşması prosesi



Yüklə 0,82 Mb.
səhifə15/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

5. Şəxsiyyətin sosiallaşması prosesi
Şəxsiyyətin sosial təşəkkülü onun bir şəxsiyyət kimi özünü dərk etməsi, cəmiyyətə adaptasiyası prosesidir. Bu, tərbiyə, təhsil və özünütərbiyə prosesində baş verir.Sosiallaşma prosesində şəxsiyyətin fərdi xüsusiyyətləri: xarakteri və iradəsi, maraq və tələbatları,əqli inkişafının səviyyəsi, cəmiyyətdəki mövqeyi və dünyagörüşünün xüsusiyyətləri ön plana çəkilir.İnsanı əhatə edən ictimai mühit, sosial institututlar, o cümlədən ailə, məktəb , əmək kollektivləri, kütləvi informasiya vasitələri də sosiallaşmada mühüm rol oynayır.Bir sözlə sosiallaşma uşağın fəaliyyətindən, onun əməkdə iştirakından, görüş dairəsinin genişlənməsinə ətraf mühitin etdiyi təsirlərdən, cəmiyyət və dövlətin gənc nəslə qayğısından asılıdır.
Fiziki cəhətdən qüsurlu uşaqların şəxsiyyətinin sosiallaşması bir sıra çətinliklərlə müşayiət olunur.Bu zaman sosial pedaqoqun köməyinə ehtiyac duyulur.Sosial pedaqoq uşaqların meyl və qabiliyyətlərini, istəklərini aşkar edib,ailəni və ətraf mühiti öyrənib , onun inkişafı üçün şərait yarada bilər.
Psixoloq S.İ.Gessen şəxsiyyətin formalaşması prosesini üç mərhələdə nəzərdən keçirir.
Birinci mərhələ- oyun fəaliyyətinin üstünlük təşkil etdiyi məktəbəqədər dövrdür.
İkinci mərhələ - ətraf aləmin, onun qanun və tələblərinin uşaq tərəfindən fəal dərk olunması prosesidir.Bu inkişaf mərhələsi uşağın təhsil aldığı məktəbin cəmiyyətdəki sosial proseslərdən nə dərəcədə xəbərdar olmasından asılıdır.Çünki məhz məktəbdə verilən biliklər insanı mədəni aləmə aparıb çıxarır.
Üçüncü mərhələ - uşağın formalaşmasının başa çatması dövrüdür.Bu dövr təhsil, məktəbdənkənar və universitet təhsili ilə bağlıdır. Şəxsiyyət ətraf aləmi və cəmiyyəti dərk edərək öz “ mən”ini təkmilləşdirir,onün dünyagörüşü formalaşır.
Beləliklə, şəxsiyyətin sosiallaşmasında ailə mühiti, ailənin qayda-qanunları, tərbiyə şəraiti, məktəbdə təlim-tərbiyə prosesi, cəmiyyətdə insanların həyat fəaliyyətini tənzimləyən üsullar, cəmiyyətin iqtisadi, mədəni inkişaf səviyyəsi və s. amillər mühüm rol oynayır.Cəmiyyət iqtisadi və mədəni cəhətdən nə qədər çox inkişaf etmiş olarsa, sosiallaşma prosesində insanın inkişafı üçün daha əlverişli imkanlar yaranır.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1.Talıbov Y., Ağayev Ə.,Isayev 1., Eminov A. Pedaqogika. 1993, s.65-79, 2006, səh. 11-14
2.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Ic., 2013, s.82-124
3.Qasımova L., Mahmudova R. Pedaqogika. 2003, s.73-107
4.Paşayev Ə., Rüstəmov F.. Pedaqogika.2007, Səh 72-93
5.V.V.Zenkovski. Təhsilin tapşırıqları və vasitələri // Xaricdəki rus məktəbi. 20-ci illərin tarixi təcrübəsi. M., 1995.S - 90
6.Babanski Y. K. Pedaqogika. M., 1983.S - 60
7.Ə.S. Bayramov, Ə.Ə.Əlizadə "Sosial psixologiya" Bakı- 2003
8.Qəhrəmanov A. 2012; Veysova Z.A.2012
9. N.Z. Çələbiyev "Uşaq psixologiyası"

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin