Məktəbəqədər yaş dövrü uşağın həyatında xüsusi yer tutur. Doğulan gündən 6 yaşa qədər uşaqlar çox böyük inkişaf dövrü keçirlər. Onlar bu dövrdə günbəgün böyüyür, artırlar. Orqanizm möhkəmlənir, baş beyin və orqanizmin digər üzvləri inkişaf edir. Uşaqlarda fərdi fərqlər özünü biruzə verir.Məktəbəqədər yaş dövründə müəyyən tələbatlar təşəkkül tapır və bu əsasdamüxtəlif maraqlar yaranır. Ən zəruri maraq-idrak marağı meydana çıxır. Uşaqlarda hər şeyi bilmək, hər şeylə maraqlanmaq qabiliyyəti inkişaf edir. Onlar ətraf mühiti, onları əhaə edən aləmi, özünü, bədən üzvlərinin konkret funksiyalarını dərk etməyə başlayırlar. Onlar evlərini, küçələrini, yuxarıdak mağazanı tanıyır, yol hərəkəti qaydalarını başa düşürlər, yaşlı adamların əməyini,hərəkətlərini müşahidə edir, əmək fəaliyyətinin müxtəlif sahələrinə dair məlumatlara yiyələnir, yaşlıların əməyində iştirak etməyə can atırlar. Onlar bunu ən çox oyun şəklində yerinə yetirirlər. Məktəbəqədər yaş dövründə oyun uşaqların həyatında mühüm yer tutur.Komenski deyirdi ki, külək olmadan od yanmadığı kimi, oyun, hərəkət, məşq almadan uşaq böyüyüb inkişaf edə bilməz. Oyun, hərəkət özlüyündə işdir, zəruri fəaliyyədir. İşsizlik, hərəkətsizlik bədənə və ruha ziyandır. Fəaliyyət uşağın fiziki, anatomik- fizioloji, psixoloji və sosial inkişafının başlıca meyarıdır. Oyun uşaqlarda şən ovqat, sevinc, fantaziya, xəyalpərəstlik yaradır. Oyunsuz uşaq həyatı sönükdür, qurudur. Oyunda uşağın əqli, mənəvi və estetik hissləri, fiziki qüvvələri inkişaf edir. Oyun əmək ünsürləri ilə birləşəndə əlin inkişafı və əqli inkişaf arasında körpü rolunu oynayır. Ətraf aləmin inikası olan oyunlar uşaqların hafizəsini, nitqini inkişaf etdirir, onların fikri əməliyyat priyomlarına qol-qanad verir. Məktəbəqədər yaş dövrünü səciyyələndirən 2-ci bir cəhət uşaqların nağıllara kövrək aludəliliyidir. Uşaqlar nağıllara qulaq asmaqdan yorulmur, eyni bir nağılı təkrar-təkrar dinləmək istəyirlər.
Təlim-tərbiyə məşğələlərində məktəb yaşına çatmamış uşaqların həmin yaş xüsusiyyərlərini nəzərə almaq vacibdir. Kiçik məktəb yaşlı uşaqların yaş xüsusiyyətləri. Bu dövrdə uşaqların anatomik-fizioloji inkişafı sürətlənir baş beyin həm çəki, həm də quruluş etibarilə sürətlə inkişaf edir, uşaqlarda tənqidi təfəkkür tərzinin ünsürləri yaranır, onlar dərsliklərində verilmiş şəkillərə özlərinin tənqidi münasibətlərini bildirirlər. Kiçik məktəb yaşlı uşaqlarda əxlaqi anlayışlar, təsəvvürlər formalaşır, onlar Vətən-vətənpərvərlik, dost- dostluq, insan-insanpərvərlik, düzlük-doğruçuluq haqqında təsəvvürlərə yiyələnirlər. Bu dövrdə uşaqlarda başqa adamların kədərinə şərik çxmaq, sevincinə qoşulmaq, xeyirxahlıq kimi nəcib işlər təşəkkül tapır. Onlar təbiətə, adamlara qayğıkeş münasibətdə olur, əməkdə iştirak etməyi dərk edir, başa düşürlər ki, böyüklərin əməyi sayəsində yaranmış əşyalara qayğı ilə yanaşmaq vacibdir. Hər şey-uşaq oyuncaqları da, kainat gəmiləri də əmək prosesində insanlar tərəfindən yaradılır. Deməli, onlarda belə bir əqidə formalaşır ki, həyatda yaxşı yaşamaq, kimsəyə möhtac olmamaq üçün əməkdə iştirak etmək, yaradıcı əməklə məşğulluq vacibdir.
Dostları ilə paylaş: |