Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Müəllim peşəkarlığının inkişaf istiqamətləri



Yüklə 0,82 Mb.
səhifə21/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

6.Müəllim peşəkarlığının inkişaf istiqamətləri.Pedaqoji peşəkarlıq inkişafda olan bir prosesin nəticəsi kimi meydana gəlir. Yəni müəllim təkcə ali məktəbdə aldığı biliyə arxayın olub öz üzərində işləmirsə, peşə-ixtisas biliyini təkmilləşdirmirsə, pedaqoji yaradıcılığa meyl göstərmirsə, bu zaman nə iş stajı, nə də gündəlik fəaliyyət onun peşəkar kimi formalaşmasına yardımçı ola bilməyəcəkdir. Həyat sübut edir ki, yalnız daim axtarışda olan, yenilikləri həvəslə öyrənən və bunları öz təcrübəsində yaradıcılıqla tətbiq edən müəllimlər peşəkar və səriştəli təhsilverənlər kimi formalaşırlar.
Pedaqoji peşəkarlığın əsası ali pedaqoji təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavriat səviyyəsində qoyulur. Əgər tələbə seçdiyi ixtisası sevirsə, bu, yaxşı müəllim olmaq üçün öyrənmə marağına da öz təsirini göstərəcəkdir.
Ali pedaqoji təhsilin bakalavriat səviyyəsində tədris edilən fənlərin 85%-i peşə-ixtisas hazırlığına verilir ki, bu da gələcək müəllimlərin peşəkar səviyyədə hazırlanmaları üçün böyük imkanlar yaradır. Müəllim-şagird əməkdaşlığı ilə bağlı ilkin bacarıqlar isə məhz pedaqoji təcrübə müddətində formalaşır. Hazırda tibb təhsilində olduğu kimi pedaqoji təmayüllü ali təhsil müəssisələrində sonuncu kurs tələbələrinin bir illik pedaqoji internatura keçmələri ilə bağlı yeni mexanizm işlənib hazırlanır. Gələcək müəllimlərin öz peşələrinə praktik hazırlığı daha çox pedaqoji təcrübə müddətində reallaşsa da, yalnız pedaqoji təcrübənin köməyi ilə ali pedaqoji məktəb tələbələrini müəllimlik peşəsinə praktik cəhətdən hazırlamaq çətinlik törədir.
Ona görə də pedaqoji internaturaya tələbat meydana gəlir. Pedaqoji internatura –ali pedaqoji təhsil müəssisələrində verilən nəzəri biliklərin və praktik vərdişlərin təkmilləşdirilməsinə xidmət edir. İnternlərin müstəqil müəllimlik fəaliyyətinə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən diplomdansonrakı (ilkin ali təhsildən sonrakı) peşə təhsili formasıdır.İnternatura müddətində praktik hazırlıq keçən məzunlarda vacib peşə kompetensiyaları formalaşır , onlar eyni zamanda əmək haqqı alırlar.Pedaqoji internaturanın reallaşması peşəkar və səriştəli müəllim kadrlarının hazırlanmasına daha səmərəli şərait yaradacaqdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin