Ədəbiyyat:
Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ., Pedaqogika, B: Adiloğlu nəşr., 2006, səh.5-11
Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı Universiteti nəşriyyatı, 2003, səh.7-30
Paşayev Ə., Rüstəmov F. Pedaqogika, B: Elm və təhsil, 2010.
səh.9-35
İbrahimov F., Hüseynzadə R. Pedaqogika, B: Mütərcim, 2013,I cild,2013,s.17-75
Pedaqogika fənn kurikulumu. B., ADPU, 2015, səh.8-9, 33-34
Cəfərov H. Ümumi və pedaqoji valeologiyanın bəzi aspektləri. //Psixologiya,2003,№3-4, s.99-116
Cəfərov H. Didaktogeniya: pedaqoji aspektləri və obyektiv səbəbləri. // Pedaqoji Universitet Xəbərləri,2013, s.351-357
Хуторской А. В. Педагогика. М: Питер, 2019, с.98-118
Mövzu 2. Şəxsiyyətin inkişafının ümumi qanunauyğunluqları. Yaş dövrləri.
1.Şəxsiyyət və onun formalaşmasının qanunauyğunluqları
2.Şəxsiyyətin inkişafında irsiyyətin rolu
3.Şəxsiyyətin inkişafında mühitin və tərbiyənin rolu
4.Yaş dövrləri
5.Şəxsiyyətin sosiallaşması prosesi
1. Şəxsiyyət və onun formalaşması prosesi. 2019-cu ilin məlumatına görə, Yer kürəsində 7,7 milyarddan çox insan yaşayır. Onlar təkcə bioloji və fizioloji xüsusiyyətlərinə görə deyil,həm də fərdi psixoloji xüsusiyyətlərinə görə biri-birindən fərqlənirlər.İnsanlar gözlərinin rənginə , səsinin tembrinə,ürəyinin ritminə, barmaq izlərinə, səxsiyyət xarakteristikalarına görə biri- birlərinə bənzəmirlər.Şəxsiyyət və onun inkişafı məsələsi ilə bir çox elmlər məşgul olur.Pedaqogika təhsil-tərbiyə prosesində insanın inkişafının ən mühüm şərtlərini öyrənir.
Pedaqogika və psixologiyada şəxsiyyətin inkişafı ilə bağlı üç başlıca istiqamət vardır (bioloji, sosioloji və biososioloji ).
Bioloji istiqamətin nümayəndələri (Z.Freyd və b.) belə hesab edirlər ki, şəxsiyyət sırf təbii bir varlıqdır və onun bütün davranışı anadan olarkən özü ilə gətirdiyi tələbatların, maraqların təsiri altında formalaşır.
Sosioloji istiqamətin nümayəndələri insanın bioloji varlıq kimi doğulmasını qəbul edir.Eyni zamanda ünsiyyətdə olduğu sosial qrupların təsirilə onun tədricən sosiallaşması fikrini müdafiə edirlər.Yəni insanın sosial inkişafı onun cəmiyyət həyatına daxil olması ilə başlayır.
Biososioloji istiqamətin nümayəndələrinin fikrincə, psixi proseslərin(duyğu,qavrayış,təfəkkür vəs.) bioloji təbiəti olsa da, şəxsiyyətin təcrübəsi,siyasi.əxlaqi baxışları.maraq və qabiliyyətləri sosial hadisələr kimi formalaşır. Ana bətnindən başlayaraq insanın dünyaya gəldiyi gündən keyfiyyətcə bir-birindən fərqlənən, anatomik-fizioloji və psixoloji dəyişikliklərlə səciyyələnən proses inkişaf adlanır. İnsanın inkişafı deyərkən 3 mühüm əlamət nəzərdə tutulur: a) fiziki, anatomik-fizioloji inkişaf, yəni insanın bioloji fərd kimi inkişafı; b) psixoloji inkişaf; c)sosial inkişaf, insanın vətəndaş, şəxsiyyət kimi yetişməsi. . İnsanın sosial inkişafı onun cəmiyyət həyatına daxil olması ilə başlayır. İnsan cəmiyyətdə iştirak edir, konkret adamlarla, kollektivin üzvləri ilə münasibətdə bulunur, ətraf aləmdə hadisələrin necə cərəyan etdiyinin müşahidəcəsinə çevrilir. Bioloji fərd sosial inkişaf prosesində formalaşır. İnsanın sosial inkişafı sadəcə onun doğularkən özü ilə gətirdiyi imkanlar və əlamətlərin dəyişilməsi olmayıb, keyfiyyət dəyişmələrinin formalaşması prosesidir. Buna görə də insanın inkişafından danışarkən şəxsiyyət anlayışından istifadə edilir. Fərdi psixoloji xassələri (temperament, xarakter, qabiliyyət, təfəkkür, tələbat, maraqlar və.s) olan və ictimai vəzifələri (real varlığa,adamlara, bütövlükdə adamlara, cəmiyyətə, əməyə münasibəti, ictimai fəaliyyəti və.s) yerinə yetirən, müəyyən ictimai-tarixi dövrdə yaşayan konkret insana şəxsiyyət deyilir. İnsan dünyaya bioloji varlıq kimi gəlir, lakin ictimai varlıq, bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir.
Pedaqoji fikir tarixində səxsiyyətin formalaşmasında üç mühüm amilin rolu xüsusi vurğulanmışdır:irsiyyət,mühit və tərbiyə.
Dostları ilə paylaş: |