Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə64/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Ədəbiyyat siyahısı



  1. İsmayılova T. Kurikulum. Yeni təlim texnologiyaları. Dərs vəsaiti. I kitab, Bakı, Mütərcim, 2001,291 səh.

  2. Talıbov Y., Ağayev Ə.,İsayev İ., Eminov A. Pedaqogika.1993, s.104-122

  3. Qasımova L., Mahmudova R. Pedaqogika. 2003, s.182-213, 237-266

  4. Paşayev Ə., Rüstəmov F.. Pedaqogika. 2007, s.114-146

  5. AbbasovƏ.M, Cavadov İ.A, İbadova B. O, Quliyeva K.R., Sultanova İ. H, Cavadova S. E. .Kurikulum bələdçisi. https://azedu.az/uploads/pdf/ kurikulum _ beledcisi. Pdf

  6. İbrahimov F., Hüseyzadə R. Pe­da­qogika. Ic., 2013, s.393-445, 345-392

  7. Ümumi təhsilin fənn standartları ( I-IX siniflər). Bala: Mütərcim, 2012,s. 402 31.

Veysova Z.A. Fəal-interaktiv təlim: müəllimlər üçün vəsait. Birləşmiş Millətlər Təşkilatının Uşaq fondu (UNİC


MÖVZU 8. Təlimin təşkili formaları və onlardan istifadə imkanları. Sinfin təşkili və idarə olunması texnologiyaları
Plan:

  1. Təlimin təşkili formalarının tarixi

  2. Dərs təlimin əsas təşkili forması kimi

  3. Təlimin təşkilinin digər formaları

  4. Öyrədici mühit və sinfin təşkili texnologiyaları



1-Təlimin təşkili formalarının tarixi
Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsəd və məzmunu onun təşkili forması ilə həyata keçirilir. Məzmun formanı müəyyən edir və onunla reallaşır. Buna görə də təlimin səmərəli formalarının seçilməsi böyük əhəmiyyətə malikdir. Təlimin təşkili forması bütöv təlim prosesinin mühüm komponentlərindən biridir. Forma hər hansı fəaliyyətin, işin zahiri ifadəsidir. Təlimin təşkili forması müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə cərəyan edən birgə fəaliyyətinin ifadəsidir.
Təlimin təşkili formalarının tarixi qədimdir. Pedaqogika tarixində aşağıdakı formalar mövcud olmuşdur:
- Fərdi təlim forması (XIII-XVI əsrlər) müəllimin (keşişin, mollanın) şagirdlərlə ayrıca məşğul olmasına əsaslanırdı: o, hər bir uşağa fərdi tapşırıq verib icrasını yoxlayırdı.
- Sinif-dərs forması (XVI-XVII əsrlər)- kapitalizmin inkişafı ilə kütləvi savadlı fəhlələrə olan ehtiyacla bağlı yaranmışdır. Onun banisi Y.A.Komenski “Böyük didaktika” əsərində bu formanı nəzəri cəhətdən əsaslandırmışdır. Bu formada müəllim sinifdəki bütün şagirdlərlə eyni mövzuda kollektiv şəkildə dərs keçir.
- Standart təlim sistemi (XVIII-XIX əsrlər) – dərsin standart formada təşkilinə əsaslanırdı. Onun banisi- alman pedaqoqu və psixoloqu İ.Herbart təlimi dörd mərhələdə təşkil etməyi təklif edirdi:
a- aydınlıq (yeni biliyin izahı);
b- assosiasiya (keçmiş və yeni biliyin əlaqəsi);
c- sistem (biliyin sistemə salınmasi);
ç- metod (biliyin tətbiqi).
Bu forma müəllimin yaradıcılığı məhdudlaşır və canlı təlim prosesini standart formaya çevirirdi. Bu nöqsan hazırda da bəzən məktəb təcrübəsində müşahidə olunur.
- Qarşılıqlı təlim forması (XVIII-XIX əsrlər)- başqa sözlə, onun yaradıcılarının adı ilə Bell-Lankaster sistemi adlanır. Bu formada müəllim əvvəlcə yaşlı şagirdlərə (monitorlara) dərs keçir, sonra isə onlar müəllimdən öyrəndiklərini öz yoldaşlarına öyrədirdilər. Belə təlim mexaniki və formal xarakter daşıyırdı. - Dalton-plan təlim forması (XX əsrin əvvəli)- kollektiv forma kimi sinifləri ləğv edib, onların əvəzində kabinet və laboratoriyalar yaratmaqla şagirdlərin fərdi məşğul olmalarına əsaslanırdı. ABŞ-ın Dalton şəhərində irəli sürülmüş bu forma hər bir şagirdin öz sürəti ilə oxumasını nəzərdə tuturdu. Bu forma müəllimin öyrədici rolunu məhdudlaşdırır, onu təlimdə nəzarətçiyə çevirirdi. Dalton-plan forması şagirdlərə tam müstəqillik versə də, bu müstəqillik müəllimin rəhbərliyindən məhrum olduğu üçün lazımi səmərə vermirdi.
- Laborator-briqada forması (XX əsrin əvvəli)- Dalton-planın bir variantı kimi meydana gəlmişdir. Dalton-plandan fərqli olaraq burada müəllim tapşırığı tək-tək şagirdlərə yox, kiçik qruplara-briqadalara verir, onun nəticəsini yoxlayırdı. Şagirdlər briqada şəklində çalışır, axırda onlardan biri briqada adından hesabat verib qiymət alırdı. Həmin qiymət briqadanın digər üzvlərinə də yazılırdı. Dalton-planın nöqsanları bu formada da özünü göstərirdi.
- Tramp planı sistemi (XX əsr)-təlimin kollektiv, qrup və fərdi formalarını uzlaşdırmağa əsaslanır. Onun banisi- ABŞ professoru L.Tramp bütün təlim vaxtının 40 %-ni kollektiv məşğələlərə, 20 %-ni qrupla işə, 40%-ni isə fərdi işə ayırmağı təklif edirdi.
- Manheym sistemi (XX əsr)- şagirdləri zəif, orta və güclü siniflərə bölmək qaydasını nəzərdə tutur. Bu formalardan əlavə ABŞ və Orta Avropa ölkələrinin təhsil sistemində digər formalar da tətbiq edilir. Bunların bir qismində (Vinetka-plan, İyena-plan, Kekbric-plan və.b) kollektiv və fərdi formalar uzlaşdırılır, digər qismində isə (“Horvard-plan”, “Açıq məktəb”, “Təlim mərkəzləri”, “Təhsil parkları”, “Divarsız məktəblər” və.b) təlim əsasən fərdi formada-müxtəlif cəmiyyətlərin yaratdığı mərkəzlərdə təşkil edilir. Nəzərdən keçirilən formaların böyük qismi müəyyən müddət ərzində öz təsirini saxlaya bilmişdir. Kollektiv forma kimi dərs daha çox yayılmış və öz təsirini indi də saxlamaqdadır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin