Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Kurikulum təlim modelində dərsin quruluşu



Yüklə 0,82 Mb.
səhifə66/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Kurikulum təlim modelində dərsin quruluşu dəyişir.
Nəzərdən keçirilən ənənəvi dərs tipləri ilə yanaşıməktəb təcrübəsində qeyri-standart dərs tipləri də tətbiq olunur. Onlardan ən çox yayılanları aşağıdakılardan ibarətdir:

  1. dərs-işgüzar oyunlar;

  2. dərs-yarış;

  3. dərs-konfrans;

  4. şən hazırcavablar (KVN) dərsləri;

  5. dərs-səhnələşdirmə;

  6. möcüzələr aləmi (“Pole çudes”) dərsi;

  7. dərs-viktorina;

  8. dərs-olimpiada;

  9. dərs-dialoq;

  10. dərs-məsləhət;

  11. dərs-ekskursiya;

  12. inteqrativ dərs;

  13. debat (müzakirə) dərsi;

  14. dərs-“əqli hücum”;

  15. yaradıcılıq dərsi və.s.

Qeyri-standart dərs tipləri təlimi yeknəsəqlikdən qurtarmağa, ona rəngarənglik gətirməyə, şagirdlərin maraq və təşəbbüskarlığını inkişaf etdirməyə imkan verir. Lakin bu formaları ənənəvi dərsə qarşı qoymaq, başlıca iş formasına çevirmək olmaz. Çünki belə dərs formaları çox vaxt aparır, ciddi zehni əməyə əsaslanmır, yüksək təlim səmərəsi qa­zan­mağı təmin etmir. Buna görə də qeyri-standart dərs tiplərini bir sistem halında bütün dərs boyu tətbiq etmək məqsədəuyğun sayılmır; onlardan, əsasən, dərsin müəyyən his­səsində, yorğunluğu götürmək və təlimə maraq yaratmaq məqsədi ilə istifadə etmək olar. Hər bir dərs müəllimin pedaqoji-metodik simasını ifadə edir; müəllimə, əsasən, keçdiyi dərslərə görə qiymət verilir. Odur ki, müəllim hər bir dərsə böyük məsuliyyətlə yanaşmalı, onu yüksək səviyyədə qurmağı bacarmalıdır. Bunun üçün dərsə verilən müasir tələbləri yaxşı bilmək və onları düzgün tətbiq etmək lazımdır.
Dərsə verilən müasir tələblər. Dərsə verilən tələblər çoxdur. Onları iki qrupa bölmək olar: ümumi və xüsusi tələblər. Dərsə verilən ümumi tələblər təlim prinsiplərində ifadə olunmuşdur. Dərsdə didaktik prinsiplər (həyatla əlaqə, elmilik, sistematiklik, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik, fərdi yanaşma və.s) kompleks şəkildə həyata keçirilməlidir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin