Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


- Təlimin təşkilinin digər formaları



Yüklə 0,82 Mb.
səhifə68/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3- Təlimin təşkilinin digər formaları
Təlimdə dərslərlə yanaşı, digər formalardan da istifadə olunur. Belə formalara seminar məşğələləri, praktikumlar, təlim ekskursiyaları, fakultativ məşğələlər, əlavə məşğələlər, məsləhətlər, ev tapşırıqları, təlimin sinifdənxaric formaları daxildir. Bütün bu formalar təlimin əsas forması olan dərslə qarşılıqlı əlaqədə həyata keçirilir.
Seminar məşğələləri məktəbin yuxarı siniflərində, həm də əsasən humanitar fənlərin tədrisində iri proqram mövzuları ilə bağlı tətbiq olunur. Şagirdlər verilmiş mövzu üzərində müstəqil çalışır, icmal (məruzə və ya referat) hazırlayıb yoldaşları qarşısında çıxış edirlər. Seminar disput (mübahisə) formasında da keçirilə bilər. Bəzən hər məruzə üzrə əvvəlcədən rəyçilər(opponentlər) təyin edilir: onlar məruzəyə öz münasibətlərini bildirirlər.
Seminar məşğələsi bir neçə mərhələdə keçirilir: hazırlıq, müəllimin giriş sözü, çıxışlar və müzakirələr, yekun və qiymətləndirmə. Seminar məşğələləri şagirdləri müstəqil işə cəlb etmək, onlarda özünütəhsil bacarıqları aşılamaq baxımından əhəmiyyətlidir.
Praktikumlar şagirdlərin müstəqil işinə əsaslanan formalardır. Onlar fənn kabinetlərində, laboratoriya və emalatxanalarda, tədris-təcrübə sahələrində, şagird istehsalat briqadalarında, əsasən, biologiya, fizika, kimya, riyaziyyat, əmək təlimi və.b. fənlər üzrə keçirilir. Şagirdlər müəllimin verdiyi təlimat əsasında fərdi və ya kiçik qrupla tapşırığı yerinə yetirirlər. Praktikumlar, seminar məşğələlərində olduğu kimi, müxtəlif mərhələlərdə aparılır. Düzgün təşkil edilib keçirilən praktikumlar şagirdlərin politexnik, əmək və peşəyönümü işinə kömək göstərir. Təlim ekskursiyaları sinfin bütün şagird heyəti ilə təbii şəraitdə keçilən məşğələlərdir. Onları könüllü keçirilən tərbiyəvi xarakterli ekskursiyalardan fərqləndirmək lazımdır. Təlim ekskursiyaları tədris proqramlarında öz əksini tapır: müəllim hansı mövzularda ekskursiya təşkil edəcəyini proqram əsasında müəyyənləşdirir.
Fakultativ məşğələlər müxtəlif fənnlər üzrə könüllülük əsasında aparılan məşğələlərdir. Bu məşğələlər məktəbin orta və yuxarı siniflərində xüsusi proqramlarla keçirilir. Proqrama müəyyən fənlər (humanitar, təbii-riyazi və texniki elm sahələri) üzrə nəzəri biliklər, praktik bacarıqlar və tədqiqatçılıq ünsürləri daxil edilir. Fakultativ məşğələlərdə müstəqil yaradıcı işlərə,tədqiqatçılıq işinə geniş yer verilməli, şagirdlərin fərdi maraq və qabiliyyətlərinin inkişafına şərait yaradılmalıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin