Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə70/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Ədəbiyyat siyahısı



  1. İsmayılova T. Kurikulum. Yeni təlim texnologiyaları. Dərs vəsaiti. I kitab, Bakı, Mütərcim, 2001,291 səh.

  2. Talıbov Y., Ağayev Ə.,İsayev İ., Eminov A. Pedaqogika.1993, s.104-122

  3. Qasımova L., Mahmudova R. Pedaqogika. 2003, s.182-213, 237-266

  4. Paşayev Ə., Rüstəmov F.. Pedaqogika. 2007, s.114-146

  5. AbbasovƏ.M, Cavadov İ.A, İbadova B. O, Quliyeva K.R., Sultanova İ. H, Cavadova S. E. .Kurikulum bələdçisi. https://azedu.az/uploads/pdf/ kurikulum _ beledcisi. Pdf

  6. İbrahimov F., Hüseyzadə R. Pe­da­qogika. Ic., 2013, s.393-445, 345-392

  7. Ümumi təhsilin fənn standartları ( I-IX siniflər). Bala: Mütərcim, 2012,s. 402 31.

Veysova Z.A. Fəal-interaktiv təlim: müəllimlər üçün vəsait. Birləşmiş Millətlər Təşkilatının Uşaq fondu (UNİC

Mövzu 9. Şagird nailiyyətlərinin qiymətləndirilməsi

Plan:
1.Nəzarət və qiymətləndirmə. Qiymətləndirmənin tarixi
2.Azərbaycanın ümumtəhsil məktəblərində yeni
qiymətləndirmə mexanizminin tətbiqi
3.Milli və beynəlxalq qiymətləndirmə
4.Məktəbdaxili qiymətləndirmənin növləri
1. Nəzarət və qiymətləndirmə. Qiymətləndirmə tarixi


Nəzarət təlim prosesinin mühüm ünsürlərindən biridir. Nəzarət yoxlama və qiymətləndirmə ilə birlikdətəlimin son pilləsini təşkil edir. Nəzarət dedikdə, əldə olunan nəticəni qarşiya qoyulmuş məqsədlə tutuşdurmaq başa düşülür.Müəllim həm təlim prosesinin gedişinə, həm də nəticəsinə (şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə) nəzarəti həyata keçirir. Təlimdə nəzarət bir çox cəhətdən əhəmiyyətlidir. O həm şagird və müəllim üçün, həm də valideynlər, məktəb rəhbərliyi və dövlət üçün vacibdir. Şagird bu yolla öz təlim uğurları və ya uğursuzluqları haqqında məlumat əldə edir (daxili əks əlaqə), təlimə səy və məsuliyyətini artırır. Müəllim şagirdlərin təlim səviyyəsi haqqında məlumat alır (xarici əks əlaqə), öz iş metodlarını təkmilləşdirir. Valideynlər, məktəb rəhbərləri və dövlət orqanları nəzarət (nəzarət və qiymətləndirmə) sayəsində təlim vəziyyəti ilə tanış olur, təlimə nəzarət və rəhbərliyi gücləndirir.Nəzarət müxtəlif növlərdə olur.Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə cari (gündəlik), tematik (iri mövzu və bölmə üzrə), dövri (vaxtaşırı rüblərin sonunda) və yekun nəzarəti (ilin sonunda) fərqləndirilir.
Təlimə nəzarət bir sıra metodlarla həyata keçirilir: sorğu, müsahibə, müşahidə, yoxlama yazı işləri, test yoxlamaları, əməli və qrafik işlərin icrası və s. Pedaqoji nəzarətin səmərəsi üçün ona bir sıra tələblər verilir: nəzarət zamanı müəllim xeyirxah, diqqətli və qayğıkeş olmalı, pedaqoji takt, dözüm göstərməlidir. O, şagirdlərin səhvlərini səbrlə düzəltməli, bu zaman kobudluğa və əsəbiliyə yol verməməlidir.
Təlimdə nəzarət,yoxlama, uçot (hesaba alma)və qiymətləndirmə ilə sıx bağlıdır. Yoxlama nəzarət vasitəsidir. Uçot nəzarətin müəyyən sənədlərdə (jurnal, imtahan vərəqi, müvəffəqiyyət cədvəli və s.) əksidir. Qiymət təlim müvəffəqiyyətinin kəmiyyət göstəricisi, balla ifadəsidir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin