Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Azərbaycanın ümumtəhsil məktəblərində yeni



Yüklə 0,82 Mb.
səhifə73/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

2.Azərbaycanın ümumtəhsil məktəblərində yeni
qiymətləndirmə mexanizminin tətbiqi
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrdən - 1991-ci ildən etibarən, cəmiyyətin strateji bir vəzifəsi kimi, təhsil sahəsində islahatlar aparılmağa başlandı.
1999-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” təhsilimizin yeni inkişaf yollarını müəyyənləşdirdi. Ümumi təhsilin dövlət standartlarının ilkin variantı hazırlandı. Sonrakı dövrdə dünya təhsil standartlatına cavab verən təhsil sisteminin qurulması istiqamətində geniş miqyaslı tədbirlər, o cümlədən kurikulum islahatı həyata keçirilməyə başladı. Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası araslnda bağlanmış ilk Kredit Sazişi əsasında kurikulum islahatının bünövrəsi qoyuldi. Sazişin innovasiya mərhələsini əhatə edən (1999-2003) I layihədə kurikulum islahatına hazırlıqla bağlı geniş tədbirlər həyata keçirildi (hüquqi bazanın yaradılması, vəziyyətin təhlili, pilot məktəblərin təşkili, müəllimlərin hazırlanması və s.).
2004-2013-cü illəri əhatə edən islahat proqramı iki mərhələni nəzərdə tutur: 1-ci mərhələdə 5 komponentdən ibarət II layihə müəyyənləşdirilmişdir. “Ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” adlı birinci komponentin alt komponentlərindən biri kimi “Kurikulum islahatı” təsdiq olunmuşdur. Bu dövrdə islahatın hüquqi bazası genişləndirilmiş, bir çox qərarlar qəbul olunmuşdur. Nazirlər Kobinetinin 2006-cı il 233 №-li qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” çərçivə sənədi qəbul olunmuşdir. Bu sənəd ümumi təhsilin bütün pillələri üzrə təhsil standartlarının məzmun və texnologiyaları, qiymətləndirmə standartlarını əks etdirən yeni bir təhsil modelinin quruluşuna yönəlmişdir. Bu mühüm sənəd əsasında dünya standartlarına uyğun təhsil standartlarının, fənn kurikulumlarının hazırlanması prosesi surətləndi. 2007-ci ildə “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları sənədi” hazırlandı.
2007-2008-ci tədris ilində 21 ümumtəhsil məktəbinin I siniflərində eksperiment qaydasında kurikulum modelinin təsdiqnə başlandı. Nazirlər Kobinetinin 2009-cu il 13 yanvar tarixli 9№-li qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləmdirmə Konsepsiyası”, 2000-ci il 3 iyun tarixli 103 №-li qərarı ilə “Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulum)” sənədləri qəbul edildi.Kurikulum mütərəqqi təhsil modellərindən biri kimi dünyada, xüsusən Avropada geniş yayılmışdır.
30 oktyabr 2006-cı ildə Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsilin Konsepsiyası (Milli Kurikulum)” adlanan konseptual sənəddə şagirdlərin idraki imkanlarının üzə çıxarılması yolları, onların inkişaf etdirilməsi üçün real təlim şəraitinin yaradılması, fəal təlim prosesinin qurulması kimi məsələlərlə yanaşı, yeni qiymətləndirmə mexa­nizmlərinin ən əsas tərəfləri müasir tələblərə müvafiq şəkildə izah olunmuşdur. (Konsepsiya - hər hansı bir bir hadisə haqqında əsas fikir). Müasir şəraitdə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinin ən mühüm şərtlərindən biri elmi cəhətdən əsaslandırılmış qiymətləndirmənin aparılmasıdır. Buna görə də şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi probleminin həlli üçün müasir qiymətləndirmə mexanizmlərinin yaradılması və onların uğurla tətbiqi qarşıda duran mühüm vəzifələrindən biridir. Bu mühüm vəzifənin yerinə yetirilməsi üçün 13 yanvar 2009-cu il tarixində “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən qərar qəbul olunmuşdur. Bu Konsepsiya ölkəmizdə təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Bu sənəd Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin