Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə71/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Qiymətləndirmənin tarixi.Tədqiqatlar göstərir ki, ilk qiymətləndirmə Çində tətbiq olunmuşdur. 587-ci ildən bu ölkədə keçirilməyə başlanmış qiymətləndirmə “Çin imperiya imtahanları” adı ilə tanınırdı. Burada dövlət məmuru kimi çalışmaq üçün imtahandan keçmək lazım idi.
Avropada əvvəllər imtahanlar şifahi götürülürdü. Şagirdlər qoyulan suallara latın dilində cavab verirdilər və müəllim bu cavabları qiymətləndirirdi. İlk yazılı imtahanların tarixi isə 1792-ci ildə KembricUniversitetindən başlanır.
Pedaqoji sahədə tədqiqatçılar qiymətləndirmə tarixini bir neçə mərhələyə bölürlər. Birinci Dünya müharibəsinə(28 iyul1914—11 noyabr1918)qədər olan dövrdə şagirdlərin bilikləri testlər vasitəsilə qiymətləndirilir və əsasən, fənlərin məzmununun mənimsənilməsinə diqqət yetirilirdi. XX əsrin əvvəllərindən başlayaraq təhsil sahəsində inkişaf meyilləri gücləndikcə şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı yeni ideyalar meydana çıxırdı. Həmin dövrdə ABŞ-da “mütərəqqi təhsil ideyası” yarandı və tədricən digər ölkələrə də yayıldı. “Mütərəqqi təhsil ideyası”nın əsas mahiyyəti ondan ibarət idi ki, təhsil elmi biliklərin yox, sənaye və texnologiyanın inkişaf istiqamətlərinə uyğun gələn həyati bacarıqların formalaşmasına yönəldilirdi.Buna görə də artıq qiymətləndirmə daha çox biliklərin tətbiqinə və həyatla əlaqələndirilməsinə əsaslanırdı.
Təlim müvəffəqiyyətinin qiymətləndirilməsitəlim prosesini tamamlayan pillədir. Hamı öz işinə verilən qiymətə qarşı böyük maraq və həssaslıq göstərir. Şagirdlərdə isə bu maraq daha güclü olur. Qiymət çox incə bir pedaqoji vasitədir: o, şagirdləri həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin neşə verilməsindən, onun ədalətli olub-olmamasından asılıdır. Müəllim qiymət verərkən bəzi şərtləri gözləməlidir:

  1. qiymət obyektiv, ədalətli olmalı, şagirdin faktik bilik və bacarıq səviyyəsini düzgün əks etdirməlidir. Qiyməti şişirtmək və ya “kəsmək”, eyni dərəcədə zərərlidir: birinci halda uşaqlarda arxayınçılıq, ikinci halda isə inamsızlıq baş verir;

  2. verilən qiymət şagirdlər tərəfindən dərk olunmalıdır müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməməlidir, onu əsaslandırmalıdır. Yəni şagirdə nə üçün “2” və ya “3” (“4”, “5”) aldığını sözlə xarakterizə etməlidir. Bu halda şagird öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təksirləndirməz;

  3. qiymətləndirmə zamanı şagirdin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini – şüurlu, yoxsa mexaniki öyrəndiyini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, əzbərçiliklə mübarizədə, şagirdlərin təlimə şüurlu yanaşmalarında mühüm rol oynayır;

  4. qiymətləndirmədə şagirdin təlimdə, dərs boyu fəaliyyəti nəzərə alınmalıdır. Təkcə keçmiş mövzuya görə qiymət verdikdə şagird arxayınlaşır və dərs boyu fəallıq göstərmir. Bunu nəzərə alıb bir çox müəllimlər qiyməti dərsin sonunda (şagirdin dərsdəki fəaliyyəti əsasında) elan edirlər.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin