Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 0,82 Mb.
səhifə74/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları əhəmiyyətlilik baxımından eyni dərəcədə vacibdir. Qiymətləndirmənin əsas vəzifəsi şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək və pedaqoji kollektivin hər bir üzvünə hansı cəhətdən metodik kömək göstərmək lazım gəldiyini aydınlaşdırmaqdır. Qiymətləndirmə etibarlı, obyektiv və vahid vasitələrdən istifadə etməklə, qarşıya qoyulmuş təhsil məqsədləri ilə bağlı monitorinqkeçirməklə(üzə çıxarmaq)təhsilin keyfiyyətini müəyyənləşdirməyi nəzərdə tutur.
Şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi pedaqoji prosesin əsasını təşkil edən mühüm komponentlərdən biridir. Qiymət – tarixən motivasiya vasitəsi kimi meydana gəlmişdir. Yəni ki, istifadə olunduğu ilk vaxtlarda şagirdləri həvəsləndirmək, onların dərsə marağını artırmaq və yaxud da şagirdi tənbeh etmək, qorxutmaq məqsədi daşımışdır. Bildiyimiz kimi uşağın psixoloji cəhətdən düzgün inkişaf etdirilməsində rəğbətləndirmə və cəzalandırma üsullarının stimullaşdırıcı rolu eyni dərəcədə əhəmiyyətlidir: rəğbətləndirmə - müsbət keyfiyyətlərin inkişaf etdirilməsi üçün, cəzalandırma – mənfi xüsusiyyətlərin korreksiyası üçün. Beləliklə, qiymət müəllimin ixtiyarında olan təlimi stimullaşdıran, müsbət motivasiya yaradan, şəxsiyyətə təsir edə bilən fəaliyyət vasitələrindən biridir. Bu səbəbdən də obyektiv qiymətləndirmənin əvəzolunmaz əhəmiyyət daşıdığını diqqətdən kənarda saxlamamaq lazımdır. Məhz obyektiv qiymətləndirmənin təsiri ilə şagirdlərdə özünüqiymətləndirmə bacarığı, öz müvəf-fəqiyyətlərinə tənqidi münasibət göstərmək xüsusiyyəti formalaşır. Əslində isə pedaqoji prosesin keyfiyyətinin yüksəldilməsinin ən əsas şərtlərindən biri, məhz şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsinin pedaqoji və psixoloji cəhətdən əsaslandırlmış şəkildə aparılmasıdır. Çünki qiymət təlim və tərbiyə fəaliyyətinin müvəffəqiyyətini təmin edən stimul rolunu oynayır.
Müəllim hər dəfə şagirdlərə hansı qiymətin nəyə görə verildiyini də izah etməlidir. Şagirdlərin təlim nailiyyətlərinin səviyyəsinə nəzarət edilməsində və qiymətləndirmənin aparılmasında üç mühüm prinsipə əməl olunmalıdır:obyektivlik, sistemlilik və əyanilik (aşkarlıq).

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin