Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə76/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Müqayisəetmə tədqiqatları, monitorinqlər(qiymətləndirmə) vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Beynəlxalq qiymətləndirmə üç ildən bir aparılır və əldə olunmuş nəticələr xarici ölkələrdə təhsil sahəsindəki nailiyyətlərlə müqayisə olunur.
XX əsrin 50-ci illərindən etibarən beynəlxalq qiymətləndirmə tədqiqatlarından istifadə olunmağa başlandı. Beynəlxalq qiymətləndirmə ölkələrin təhsil sistemlərində ümumi olan və ümumi olduğuna görə də müqayisə edilə biləcək göstəriciləri araşdırmaqla, son nəticədə onların beynəlxalq bazarın tələblərinə uyğun olub olmamasını öyrənirdi. İlk beynəlxalq qiymətləndirmə tədqiqatlarında ölkələrin təhsil səviyyəsi, oxu, yazı, ədəbiyyat, xarici dillər, İKT sahəsi üzrə biliklərə əsaslanaraq öyrənilirdi. Qısa müddətdən sonra ilk tədqiqatlarda iştirak etməyən bir çox ölkə də bu proqrama qoşuldu. Beynəlxalq qiymətləndirmə ölkələr üçün nisbi müqayisə etmək imkanı yaratmaqla yanaşı, qənaətbəxş və çatışmayan cəhətlər nəzərə alınmaqla inkişafa, keyfiyyətə nəzarət üçün informasiya mənbəyi rolunu da oynayır. Hal-hazırda 60-a qədər ölkənin iştirak etdiyi beynəlxalq proqramlar müxtəlif ölkələrdə ibtidai təhsilin son sinifləri və orta məktəb şagirdlərinin təlim nailiyyətlərini müqayisəli şəkildə qiymətləndirməklə əsas fənlərin tədrisində keyfiyyət dəyişmələrinin tendensiyasını(tendensiya - fikir, qayə, ideya) müəyyənləşdirir, eyni zamanda müxtəlif ölkələrin təhsil prosesinin təşkilinin əsasları haqqında məlumat toplayır. Onu da qeyd etmək lazımdır ki, bu proqramın iştirakçısı olan dövlətlər beynəlxalq qiymətləndirmənin nəticələrindən ölkənin təhsil səviyyəsini qiymətləndirmək, attestasiya etmək məqsədilə yox, dünya təcrübəsini öyrənmək məqsədilə istifadə edirlər.
4.Məktəbdaxili qiymətləndirmənin növləri

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin