Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə78/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Formativ qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin edir, bir sözlə, müəllim tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir.
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərlə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q” (qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti iki həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir. Kiçik summativ qiymətləndirmə kiçik “s” hərfi ilə işarə edilir və aşağı indeksdə sıra nömrəsi yazılır. Məsələn: s1, s2, s3, ...
Böyük summativ qiymətləndirmə.Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə üzürlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzürsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “0” qəbul edilir. Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməmiş və bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ qiymətləndirmədə üzürlü və ya üzürsüz səbəbdən iştirak etməyən şagirdin məsələsi pedaqoji şurada müzakirə olunaraq müvafiq qərar çıxarılır. Böyük summativ qiymətləndirmə böyük “S” hərfi ilə işarə edilir və aşağı indeksdə yarımilin nömrəsi yazılır. Məsələn S1 və S2.
Yarımillik qiymət kiçik summativ qiymətlərin və yarımillik böyük summativ qiymətin əsasında müəyyən edilir. Kiçik summativlərin nəticələri 40%, böyük summativin nəticəsi 60% olmaqla hesablanır.
Hər bir fənn kurikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə edilən strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə standartlarının nümunələrindən də istifadə olunur. Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir. Qiymət­ləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla, baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir. Qiymət­ləndirmə standartları şagirdlərin təlim nailiyyətlərinə verilən dövlət tələbidir. Azərbaycan Respublikasının Ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyasında məktəbdaxili qiymətləndirmənin 3 növü fərqləndirilir: Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla, standartlar təyin edilir. Məsələn: 1) minimum - şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar; 2) yüksək - şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.”
Qiymətləndirmə standartlarının təyin edilməsində kurikulumyönümlü metoda daha çox üstünlük verilir. Bu metoda görə, qiymətləndirmə standartları milli kurikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun hazırlanır və faktiki olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis mühakimələrinə əsaslanır. Bütün məktəblərin, müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə dair ortaq fikir yaranır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin