Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə80/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tətbiqi dövr uşaqların doğumdan həyatının sonuna qədər olan dövrünü əhatə edir.Bu dövrdə şəxsin yaşına gücünə,fərdi psixoloji xüsusiyyətlərinə,fiziki sağlamlığına,qabiliyyətinə uyğun olaraq onun şüuruna,duyğularına,hislərinə təsir göstərir.Bu tərbiyəvi təsirlər onu dəyişdirir,formalaşdırır,kamilləşdirir.Bu səbəbdəndir ki,ərəb alimi İbn əl-Müqəffa yazırdı:”Hava və qidadan sonra vücudumuzun ən şox ehtiyac duyduğu üçüncü vasitə-təlim-tərbiyədir.Tərbiyə əqlimizin ilkin özəyidir”.
Qədim Yunan filosofu Diogen tərbiyəyə çox böyük qiymət verərək demişdir:”Bütün dövlətin əsası nədən ibarətdir?-Gəncliyin tərbiyəsindən.Tərbiyə gənclərin qarşısını kəsir,qocalara təsəlli olur.kasıbları zənginləşdirir,zənginlərə yaraşıq verir”.
Demokrit (b.e.ə. 460-370) uşaqların tərbiyəsində valideyin rolunu yüksək qiymətləndirərək yazırdı:”Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.Tərbiyə insanı dəyişdirir onun öz təbiətini yaradır.Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi,bədbəxt günlərdə insanın sığınacaq yeridir”.
Şərqdə orta əsr fəlsəfəsinin banisi hesab olunan,ensiklopedist alim və pedaqoq Qəznəli türklərindən olan Əbu Nəsr Məhəmməd əl-Fərabi(870-950) deyirdi:”Əbədi xoşbəxtliyə nail olmaq tərbiyənin əsas məqsədidir.İnsanın bütün təbii qabiliyyətləri tərbiyəyə möhtacdır”.
Şərq dünyasının böyük alimi,həkimi,müəllimi Əbu Əli ibn Abdullah ibn Sina(Qəznəli türkü,980-1037) uşağın tərbiyəsində valideyin.müəllim və tərbiyəçinin şəxsi nümunəsini dəyərli vasitə hesab edirdi.Övlad-valideyn münasibətlərində atanın vəzifələrini şərh edirdi.Alimin fikrincə uşaq anadan olan kimi ata əvvəlcə ona yaxşı ad qoymalı,sonra onun düzgün tərbiyəsinin qayğısına qalmalıdır.
İbn Sina uşaqların təlimi və tərbiyəsində müəllim əməyinə xüsusi diqqət yetirir,altı yaşına çatarkən onları müəlllimə tapşırmağı məsləhət bilirdi.Onun fikrincə belə müəllimlər,hər şeydən öncə mömin,ədalətli,nəzakətli,səliqəli,müdrik,doruçul,yüksək əxlaqı keyfiyyətlərə malik,vüqarlı,ağır təbiətli,şit hərəkətlərdən uzaq,eyni zamanda xoşxasiyyət,pak,təmiz,özünü aparmağı bacaran,yemək-içməyin,danışmağın,söhbətin və ünsiyyətin qaydalarını bilən adam olmalıdır.
Uşaqla tərbiyənin metodlarını yaxşı bilən tərbiyəçi məşğul olmalıdır.Tərbiyəçi ancaq sözlə deyil,həm də praktik hərəkəti ilə uşağın ruhuna təsir etməlidir.Uşaqların yaxşı tərbiyə olunmaları üçün ər-arvad arasında qarşılıqlı hörmət və ehtiram olması vacib şərtdir.
İngilis filosofu Con Lokk91632-1704 “Tərbiyə hərşeyə qadirdir” deyir və qeyd edirdi ki,insanlar arasında fərqləri məhz tərbiyə yaradır.
Professor Əliheydər Həşimov yazır ki,”Tərbiyənin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir.Cəmiyyətin inkişafı tarixində elə bir dövr olmamışdır ki,orada yaşlı nəslin nümayəndələri gənc nəslin qayğısına qalmamış olsun.Lakin müxtəlif zamanlarda,müxtəlif inkişaf mərhələrindəmtərbiyənin mahiyyəti,xarakteri və uşaqlara aşılanması yolları eyni səviyyədə olmamışdır”.
Fransız materialist filosofu Deni-Didro(1713-1784) Helvetsiyə müraciət edərək yazırdı:siz təsdiq edirsiniz ki,tərbiyə hər şeydir,yaxşı olar ki,deyəsiniz tərbiyə çox şeydir.Lakin iki şəxsin qabiliyyəti,temparamenti və ehtirasları bərabər ola bilməz,tərbiyə təbiətən qüsurlu olan qabiliyyəti düzəldə bilməz.Onun fikrincə tərbiyə yaxşı təbii qabiliyyətləri ya inkişaf etdirir,ya da pozur.
“Tərbiyə” termini ərəbcə “əl tərbiyə” “Rəbb” kökündən əmələ gəlib.O üç mənanı ifadə edir:”Rəla” doğru yol göstərmək:”Rəbi”-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq,“Riba”-çoxaltmaq.
“Rəb” Allahın 99 adından biri olub “Qurani-Kərimdə” Allah sözündən sonra ən çox(935) işlənən sözdür.Mənası “tərbiyə edən”,”nemət verən”,”maddi və mənəvi kamilliyə doğru yönəldən”,”ərsəyə çatdırma” deməkdir.”Mürəbbi” sözü də “Rəbb” kəlməsindən əmələ gəlmişdir.
“Ərsəyə çatdırma” dedikdə,uşağın sərbəst yaşamaq,öz taleyi haqqında düşünməyi bacarmaq və davranışı sərbəst olaraq qaydaya salmaq,cisimlərə,əşyalara,faktlara,hadisələrə münasibətdə müstəqil dərk etmək qabiliyyətinə yiyələnmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.
Tərbiyənin məqsədini bilməyin əhəmiyyəti böyükdür.Valideyn,tərbiyəçi,müəllim və müvafiq qurumlar nə edəcəklərini və nəticədə nəyə nail olacaqlarını,uşaqlarda,yeniyetmələrdə,gənclərdə hansı müsbət keyfiyyətlər yaradılacağını əvvəlcədən dürust dərk etməsə,öz fəaliyyətlərində müvəffəqiyyət qazana bilməzlər.
Tərbiyənin məqsədi cəmiyyətin obyektiv həyat şəraitindən və tələbatından doğur.Hər bir ictimai quruluşda tərbiyənin qarşısında qoyulan məqsəd və vəzifələr həmin quruluşun şərait və ehtiyacı ilə,ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə şərtləşir.Cəmiyyətin həyat şəraiti,ehtiyac və tələbləri dəyişdikdə,ona uyğun olaraq tərbiyənin məqsədidə dəyişir.Hətta eyni cəmiyyətin,ictimai-siyasi quruluşun ayrı-ayrı inkişaf mərhələlərində də tərbiyənin məqsədinə müvafiq təkmilləşdirmələr,dəqiqləşdirmələr edilir.
Bu da həqiqətdir ki,müxtəlif ictimai-siyasi quruluşlarda yaşamalarına baxmayaraq,bütün xalqların baxışlarında,o cümlədən tərbiyənin məqsədi ilə bağlı görüşlərində,arzu və istəklərində sıx bir yaxınlıq olur.Dünya xalqlarının hamısı yetişən nəslə özlərinin yüksək qiymətləndirdikləri sifətləri aşılamağa,övladlarının kamil adam kimi ərsəyə çatdırmağa çalışırlar.Kamil insan idealını əslində bütün xalqlara yaratmışlar.Lakin,hər bir xalqın keçdiyi tarix yolun,ictimai şəraitin özünəməxsus cəhətləri həmin idealı səciyyələndirən keyfiyyətlərə müvafiq təsir göstərmiş,müəyyən fərq çalarları doğurmuşdur.Nəticədə bir xalqda bu və ya digər keyfiyyət deyək ki,xeyirxahlıq,sədaqətlik,mehribanlıq,mərdlik,halallıq və sair billur kimi saf,ləkəsiz olur:başqa bir xalqda isə həmin keyfiyyətlər xudbin elementlərə “qarışdırılmış olur”:yəni misal üçün xeyirxahlıq-bədxahlığı,sədaqətlilik-etibarsızlığı,mehribanlıq-xəyanəti,mərdlik-namərdliyi,halallıq-haramı və s.ehtiva edir,istisna etmir.
Məqsəd sistemyaradıcı kateqoriyadır.O,məzmunu,məzmun isə(məqsədlə birlikdə) vəzifələri müəyyən edir.
Azərbaycan Respublikasının Təhsil qanununun 9-cu maddəsinə deyilir ki,başlıca vəzifə-“dərin və hərtərəfli biliyə,bacarığa,praktik hazırlığa,yüksək mədəniyyətə,məsuliyyət hissinə,mütərəqqi dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq,soykökünə,Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan,xalqın milli,əxlaqi,humanist,mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən,onu qoruyan və daim ucaltmağa çalışan,ümumibəşəri dəyərlərə yiyələnən,insan hüquqları və azadlıqlarına hörmət edən,müstəqil,yaradıcı düşünən,biliyinə,yüksək,əxlaqi,mənəvi keyfiyyətlərinə,demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaçları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək,bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa,Azərbaycanı dünyanın ən inkişaf etdirmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan İnsan tərbiyə etməkdir”.
Belə insan həm də bədəncə sağlam,fiziki cəhətdən qüvvətli,gümrah,ideya-siyasi cəhətdən yetkin olmalı,fikir plüralizmi şəraitində ölkənin daxili və xarici siyasəti ilə bağlı məsələlərdən düzgün başçıxarmağı bacarmalı,yüksək zövqə sahib olmalı,hüquq,iqtisadiyyat və ekologiya sahəsində zəruri məlumata yiyələnməlidir.Bu cür şəxsiyyətlər yetişdirməkdən ötrü gənc nəsildə elmi dünyagörüşü formalaşdırmalı,ona əqli,əxlaqi,əmək,estetik,fiziki,hüquqi,ekoloji,iqtisadi,ideya-siyasi tərbiyə verilməlidir.Bütün bunlar tərbiyənin məzmununu,tərkib hissələrini təşkil edir.
Bu da məlumdur ki, tərbiyə fasiləsiz prosesdir və planlı mütəşəkkil tərbiyə özünütərbiyə ilə nəticələnir. Başqa sözlə desək, tərbiyə- insanı doğulduğu gündən məzaradək müşayiət edir. Özünütərbiyə- adamın özünü saflaşdırmasıdır, yəni öz xarakterini, təbiətini müsbət mənada dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq üçün öz üzərində şüurlu, məqsədyönlü və müstəqil surətdə işləməsidir. Özünütərbiyə- insanların özündə zehni, mənəvi, fiziki və estetik keyfiyyətləri, adət, rəftar və davranışı təkmilləşdirməyə yönəldilmiş şüurlu və müntəzəm fəaliyyətdir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin