Psixoloji əlaqə və asılılıqlar- şəxsiyyətin psixi xüsusiyyətləri və xassələri sahəsinə aiddir. Şəxsiyyət özünün psixi xüsusiyyət və xassələri ilə birlikdə məhz mütəşəkkil tərbiyə prosesində daha yaxşı formalaşır.
Tərbiyyə prosesinin səciyyəvi xüsusiyyətləri 1.Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tərbiyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.
2.Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.
3.Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında,dinamikliyində, dəyişgənliyində özünü göstərir.
4.Tərbiyə kompleks prosesdir.Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir.
5.Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.
6. Tərbiyə dəyişkən qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərqlərindən, onların sosial təcrübəsindən, tərbiyə münasibətlərindən asılıdır.
7. Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə gedir: tərbiyəçidən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olunandan tərbiyəçiyə (əks əlaqə). Prosesin idarə olunması başlıca olaraq əks əlaqələr üzərində qurulur.
8. Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürəkkəbliyi onun dinamik və dəyişkən olmasındadır.
9. Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həmm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünü təkmilləşdirmə daxildir.
10. Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə prosesi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.