Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Tərbiyədə məqsədyönlülük prinsipi



Yüklə 0,82 Mb.
səhifə85/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tərbiyədə məqsədyönlülük prinsipi.Xalq arasında belə bir kəlam var:”Qarşındakı ili düşünürsənsə,-çovdar ək,qabaqdan gələn onillikləri düşünürsənsə,-ağac ək,əsrləri düşünürsənsə,-uşaqları tərbiyə elə”.Deməli,hər bir işi görməzdən əvvəl,məqsədi düşünmək lazımdır.Əvvəllərdə dediyimiz kimi,məqsəd aydın olsa,ona çatmaq üçün hansı işləri,hansı müddətdə və necə görmək məsələsidə aydın olar.Tərbiyə işində məqsədi aydın və dürüst bilməyin vacibliyindən danışarkən K.D.Uşiniski obrazlı şəkildə belə yazırdı:”Yeni binanın bünövrəsini qoyarkən,nə tikmək istədiyini bilməyən arxitektor haqqında siz nə düşünərsiz:o bilmir ki,tikdiyi bina ...sadəcə evdirmi...yaraşıqlı mehmanxanadırmı...mətbəxdirmi...muzeydirmi...yoxsa...anbardırmı?Öz tərbiyəvi fəaliyyətinin məqsədini aydın və dürüst təyin edə bilməyən tərbiyəçi haqqqında da eyni şeyləri demək lazımdır”.Bu sözləri eynilə tərbiyə sahəsinə də aid etmək olar.Hazırda məktəblərimizdə tərbiyənin məqsədi nə ilə müəyyən edilir?Cəmiyyətin yenidən qurulmasının başlıca vəzifələri ilə,daxili və xarici siyasətimizlə,ictimai həyatın demokratikləşdirilməsi ilə bütün sahələrdə canlı,dinamik,fəal sürətdə yenidən qurulan təşkilatçılıq fəaliyyəti ilə.İndi elə bir vaxtda yaşayırıq ki,adamlarımız,o cümlədən də məktəblilər daha yaradıcı və təşəbbüskar olmalı,daha yaxşı oxumalı və işləməli,birgəyaşayış qaydalarına daha dərindən yiyələnməli,rəzil sifətlərə qarşı daha əzmlə mübarizə aparmal,öz fəaliyyətində humanizm,vətənpərvərlik,prinsipallıq kimi yüksək keyfiyyətləri daha bariz şəkildə nümayiş etdirməlidirlər.Tərbiyədə məqsədyönlülük prinsipi şagirdləri məhz bu ruhda formalaşdırmağı nəzərdə tutur.
Tərbiyənin həyatla,əməklə quruculuq işləri ilə əlaqəsi prinsipi.Məktəbdə həyata keçirilən tərbiyə mümkün qədər əməklə,həyatla,ölkənin quruculuq işləri ilə əlaqələndirilməsidir.Doğrudur,məktəblilərin əməyinin əsas növü-təlim əməyidi və təlim özü tərbiyənin çox mühüm vasitələrindəndir.Ancaq tərbiyənin hansı sahəsi olursa,olsun,-fərqi yoxdur,həmin sahədə görülən hər bir tədbir(məsələn deyək ki,şagirdlər üçün davranış qaydalarının şərhi,əxlaqa,yaxud şüurlu intizama aid məruzə,mühazirə və s.)yalnız o zaman yüksək səmərə verər ki,həyatla,əməklə,ictimai-faydalı işlərlə,respublikada gedən quruculuq işləri ilə sıx əlaqələndirilmiş olsun.Belə olanda təlimin də keyfiyyəti yüksəlir.
Əməyin tərbiyələndirici imkanları çoxdur:işə vaxtında gəlmək,işə vaxtında başlamaq,iş yerini və iş alətlərini səliqəli saxlamaq,iş zamanı öz enerjisini düzgün sərf etmək,qarşıya çıxan çətinlikləri vaxtında aradan qaldırmaq,işdə diqqətli olmaq,işin bəhrəsinin xalq üçün faydalı olduğunu dərk etmək,işdə daha yaxşı nəticə qazanmaq üçün lazımı şəraitin yaradılmasına qayğı göstərmək,iş prosesində adamlarla xeyirxah ünsiyyətdə olmaq,yeri gələndə onlara kömək göstərmək,kollektivlə qaynıyıb-qarışmaq və sair bütün bunlar tərbiyələndirici səciyyə daşıyır.
Tərbiyədə yaşauyğunluq prinsipi.Hər yaş dövrünü başqasından fərqləndirən fiziki və psixi xüsusiyyətləri vardır.Yəni hər hansı bir yaş dövründə olan uşaqların(məsələn,deyək ki,kiçik məktəbyaşlı şagirdlərin)boyu,çəkisi,diqqəti,iradəsi,təfəkkürü,hissləri,xarakteri,anlayış səviyyəsi və s. Başqa yaş dövründə olan uşaqlarınkından əsaslı sürətdə fərqlənir.Bununla əlaqədar olaraq müxtəlif yaş dövrlərində uşaqların hərəkət və davranışları da müxtəlif olur.Məsələn,kiçik məktəbyaşlı uşaqlarda ixtiyari diqqət,məntiqi hafizə,mücərrəd təfəkkür və iradə orta və yuxarı məktəbyaşlı şagirdlərinkinə nisbətən xeyli zəif,hərəkilik və emosionallıq isə qüvvətli olur.Yaxud bir də görürsən ki,bir yaş dövründə(məsələn,kiçikməktəbyaşı dövründə)şən,oynaq və son dərəcə dəymədüşər olan,müəlliminin hər sözünə qeyd-şərtsiz qəbul edən,hər cür tələbini müticəsinə yerinə yetirən,asanlıqla təlqinə düşən,başqa yaş,dövründə(məsələn,orta və ya yuxarı məktəb yaşında)təbiətən “ağırlaşır”,ciddiləşir,romantik xəyallarla yaşayır,eşitdiyi sözə tənqidi yanaşır,geyim və davranışına xüsusi fikir verir,hərəkətlərini dəfələrlə “ölçüb-biçir”,götür-qoy edir və s.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin