Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Tərbiyədə uşağın fərdi və cinsi xüsusiyyətlərinin nəzərə alınması prinsipi



Yüklə 0,82 Mb.
səhifə86/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tərbiyədə uşağın fərdi və cinsi xüsusiyyətlərinin nəzərə alınması prinsipi.Ayrə-ayrı yaş dövrünün özünəməxsus xüsusiyyətləri olduğu kimi,ayrı-ayrı uşağıda yaşıdlarından,həmçinin oğlanı qızdan fərqləndirən xüsusiyyətləri olur.Bu xüsusiyyətləri nəzərə almadan tərbiyədə yaxşı nəticələr qazanmaq mümkün deyil.
Bəzi müəllimlər məktəblini”açıq kitaba” bənzədir və zənn edirlər ki,onu öyrənmək və tərbiyə etmək su içmək qədər asan işdir.Əslində isə hər bir uşaq,obrazlı desək,”özlüyündə tilsimli qaladır”,”sirli aləmdir”,”xüsusi açar tələb edən nadir qıfıldır”.Hansı cinsə,yaş dövrünə,temparamentinə və sinir sistemi tipinə malik olmasından,hansı mikro və makro-mühitdə böyüməsindən,həyatında nə kimi tərbiyəvi qüvvələrin-şəxs və kollektivlərin təsirinə məruz qaldığından,fitrətindəki qabiliyyətlərdən və sair amillərdən asılı olaraq uşaqlar bir-birindən kəskin surətdə fərqlənirlər.Bunun nəticəsidir ki,nəinki eyni yaş qrupunda,eyni ailədə,eyni sinifdə,eyni kollektivdə.hətta bütün dünyada elə iki uşaq tapılmaz ki,onların duyma və qavrama qabiliyyəti,marağı,düşüncə tərzi,hislərinin dərinliyi,xarakter əlamətləri,təbiətdən,varisdən keçmiş quruluş və funksiya fondu tam üst-üstə düşmür.Buna görə də uşağı ətraflı dərk etmək,yəni onun daxili aləminə nüfuz etmək,əhval-ruhiyyəsini,keçirdiyi hisləri olduğu kimi sezmək,fikir və arzularını dəqiq “oxumaq”,psixi proses və qabiliyyətlərini düzgün müəyyənləçdirmək,onun nəyə qadir olduğunu kəşf etmək və s. çətindən-çətin işdir.Lakin tərbiyəçi bu çətinliyin öhdəsindən gəlməyi bacarmalıdır.Əks halda o “tilsimli qalaya”,”sirli aləmə” yol tapa bilməz,tərbiyədə nailiyyət qazana bilməz.
Tərbiyədə nikbinlik (yaxud şagirdin yaxşı sifətlərinə istinad etməklə qüsurlarını aradan qaldırmaq) prinsipi.Həyatda elə uşaq yoxdur ki, o yalnız müsbət, yaxud mənfi sifətlərin təcəssümündən ibarət olsun. Hər bir uşaqda hər iki sifətin nümunələrinə rast gəlmək mümkündür. İntəhası, uşaqların bəzilərində müsbət, başqalarında isı mənfi sifətlər üstünlük təşkil edir. Təcrübəli müəllim həmişə nikbin olur, heç bir çətinlik önündə ruhdan düşmür, uşaqdakı yaxşı sifətlərə istinad etməklə onun qüsurlarını asanlıqla aradan qaldırır. Ancaq başqa cür hərəkət edən, məsələn, şuxluğuna ya bir-iki qəbahətinə görü uşağı ruhdan salan, “səndən heç vaxt adam çıxmaz”- deyə uşaqda öz qüvvəsinə və işıqlı gələcəyinə inamı söndürən müəllimlər də yox deyildir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin