Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Tərbiyələndirici situasiyaların yaradılması metodu



Yüklə 0,82 Mb.
səhifə94/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır. Ayrı-ayrı fəaliyyət növlərində belə situasiyalar yaradılır. Məsələn, təlimdə uşaq yoldaşlıq köməyinə, ictimai – müxtəlif ictimai tapşırıqlara, habelə şəfqət dəstələri yaratmaqla başqalarına qayğı göstərməyə, idmanda küsülü uşaqla bir komandaya, əməkdə birgə tədbirlərə cəlb etmək. Kiçik yaşlarda oyun situasiyaları daha təsirli olur. Məsələn, müəllim xaraktercə eqoist uşağı oyunda elə rola cəlb edir ki, o, kiçik uşaqlara qayğı göstərsin, onları oyuncaqlarla təmin etsin.

Yeniyetmə və gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar. Ümumi iclasda bu və ya digər qərarla bağlı yeniyetmə və gəncləri seçim qarşısında qoymaq motivlər mübarizəsi, ideya mövqeyi, baxış və əqidənin formalaşmasında mühüm rol oynayır.

  1. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz əməllərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi güdür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur. (A.S.Makarenko). Pedaqoji tələblər insanı müəyyən qaydaya alışdırmağa, adət yaratmağa, intizamı möhkəmləndirməyə kömək göstərir. Tələb həm də insanı müəyyən hərəkətlərdən çəkindirir və düz yola gətirir.

Tələb iki formada verilir:Birbaşa və dolayı yolla. Birbaşa tələb əmr, tapşırıq, sərəncam şəklində, dolayı yolla tələb isə xahiş, məsləhət, eyham, yumor, zarafat, lətifə, atalar sözlərindən istifadə etməklə verilir. Tələb verərkən tərbiyəçi müəyyən hədd gözləməli, tələbin real, gücəuyğun və ədalətli olmasını təmin etməli, onun yerinə yetirilməsinə nail olmalıdır. Tələb qəti işgüzar tonda verilməlidir; bu zaman nə tərbiyəçidə, nə də şagirddə tələbin yerinə yetirilməsinin vacibliyinə şübhə qalmamalıdır. Tərbiyə işində tərbiyəçi ilə yanaşı kollektivin də öz üzvlərinə tələb verməsinə nail olmaq lazımdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin