Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


I. Şüuru formalaşdıran metodlar (İnandırma)



Yüklə 0,82 Mb.
səhifə92/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

I. Şüuru formalaşdıran metodlar (İnandırma)
Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidəyaratmaqdan ibarətdir. Onların köməyi ilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
1.Əxlaqi söhbətlər müəyyən əxlaqi, siyası, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söhbətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər. Kollektiv söhbətlərmüəyyən qrupla keçirilir və profilaktik məqsəd güdür, yəni insanı düzgün davranış normaları ilə silahlandırmağa, yalnış təsəvvürlərin və hərəkətlərin qarşısını almağa xidmət edir. Belə söhbətlər müxtəlif mövzularda ola bilər: xeyirxahlıq, vətənpərvərlik, sadəlik, təvazökarlıq, yoldaşlıq, intizam və s. bu söhbətlərin mövzularını sinfin, məktəbin həyatından da götürmək olar.
Kollektiv söhbətlərdən fərqli olaraq, fərdi söhbətlər tək-tək uşaqlarla müəyyən xoşagəlməz hərəkətlərlə bağlı aparılan söhbətlərdir. Belə söhbətin məqsədi yol verilmiş qəbahətin zərərini uşağa başa salmaq, onda peşmançılıq hissi yaratmaqdır. Amma belə söhbəti danlağa çevirmək olmaz. Danlağın dərdindən uşaq yalandan “birdaha belə etmərəm” vədi verə bilər, öz hərəkətini dərk edib, peşimançılıq hissi keçirməz. Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. Bu halda uşaqlarla söhbət qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində təxirə salınır. Burada məqsəd uşağı öz qəbahəti üzərində düşündürmək və onda peşımançılıq hissi oyatmaqdır. Belə söhbətləri kiçik uşaqlarla yox, yeniyetmə və gənclərlə aparmaq faydalıdır.
2. Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür. Onlar adətən, məktəbin yuxarı siniflərində keçirilir.
3. Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Müxtəlif mövzularda belə mübahisələr keçirmək olar. Məsələın, “Xoşbəxtlik nədir?”, “Əsl insan kimə deyilir?”, “Həyatın mənası nədir?”, “Qızla oğlan dost ola bilərmi?”, “Hansı peşə yaxşıdır?” və s. Disputda müzakirə olunan məsələ üzrə hər kəs öz fikrini söyləyir, mövqeyini müdafiə etməyə çalışır. Disput yalnış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir.
Disput üç mərhələdə təşkil olunur: a) hazırlıq mərhələsində mövzu elan olunur, şagirdlər ədəbiyyatla tanış olub mübahisəyə hazırlaşırlar; b) disputun keçirilməsi mərhələsi müəllimin giriş sözü ilə başlayır; O, mübahisəli məqamları qeyd edir, sonra isə şagirdlər qoyulmuş problemlərlə bağlı öz fikirlərini bildirir, onları əsaslandırmağa çalışırlar; c) yekun mərhələsində müəllim mübahisə ilə bağlı səhv fikirləri məharətlə (heç kəsi tənqid etmədən) təhlil edib ümumiləşdirir, nəticə çıxarır.
4. Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək göstərir. Digər metodlardan fərqli olaraq, burada əxlaqi ideya mücərrət şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir. Onların timsalında həmin ideyalar daha tez və daha yaxşı dərk olunur. Bunu nəzərə alaraq tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş istifadə etmək lazımdır. Bədii əsərlərin müzakirəsinin təşkili qaydası disputda olduğu kimidir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin