Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Müasir tərbiyə texnologiyalarının quruluşu (strukturu) aşağıdakı kimidir



Yüklə 0,82 Mb.
səhifə100/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Müasir tərbiyə texnologiyalarının quruluşu (strukturu) aşağıdakı kimidir:
• Pedaqoji məqsədlər. • Konseptual çərçivə.• Fəaliyyət.• İdarəetmə.
• Tərbiyə prosesinin bütün iştirakçıları arasındakı münasibətlər sistemi.
• Qoyulmuş məqsədlərə adekvat metodik tərbiyə vasitələri kompleksi.
“Məktəb təcrübəsində kifayət qədər geniş yayılmış” bəzi müasir tərbiyə texnologiyalarının adını nümunə kimi çəkək.
1.Ş.A.Amonaşvilinin humanist-şəxsi texnologiyasının müxtəlif məqsədli istiqamətləri vardır: uşağın şəxsi keyfiyyətlərini (qəlbini və ürəyini, öyrənmə gücünü) açmaq yolu ilə nəcib şəxsiyyətin formalaşmasına, inkişaf və tərbiyəsinə kömək etmək. İdeal tərbiyə - özünütərbiyədir.
2. V.A. Suxomlinskinin “Pavlış məktəbi” təhsil sistemi.
3. A.A. Katolikovun A.S. Makarenko kommuna sisteminə əsaslanan əmək təhsili modeli:uşaqlar yaradıcılıqla məşğul olmağı öyrənirlər, kənd məktəbi proqramı üzrə istehsalat təcrübəsi keçirlər. Bəzi konseptual ideyalar: Əmək - şəxsiyyətin formalaşmasının əsası kimi, hər uşağa maraq və diqqət;uşaqda şəxsi maraq, axtarış istəyioyatmalı:təlimi istehsalat əməyi ilə məktəb-təsərüfatı şəklində birləşdirmək; paralel təsir pedaqogikası; uşaq özünüidarə və özünənəzarəti.
4. “Rus məktəbi” («Русская школа») adlı (İ.F.Qonçarov, L.N.Poqodina) müəllif modelinin məqsəd yönləri: yeni-yüksəkəxlaqlı, təhsilli, mənəviyyatlı, əməksevər, öz vətənini sevən rus insanının formalaşması; ənənəvi rus tərbiyə mədəniyyətinin intibahı, şagirdlərin etnomədəni ənənələrə riayət etməsi, Rusiyanın zəngin mədəni irsinin mənimsənilməsi, rus milli özünüdərk duyğusunun və milli xarakterinin oyadılması.
5. “Artek” Beynəlxalq uşaq mərkəzinin tərbiyə sistemi.


7.Tərbiyə metodları və texnologiyalarından
məktəb təcrübəsində istifadə imkanları

Cəmiyyət məktəbə də, istehsalata da sosial sifarış verir. Məktəb həmin sosial sifarişi yerinə yetirmək üçün təhsil-tərbiyə prosesini qurur. Tərbiyə prosesinin əsasını müəllimlərin tərbiyəvi fəaliyyəti təşkil edir. Bu fəaliyyətə nəzərdə tutulan nəticənin planlaşdırması və ona nail olmaq yolları, hazırlanmış planları və modelləri həyata keçirən, reallaşdıran adamların fəaliyyət və davranışlarının idarə olunması daxildir.Məktəb fəaliyyətinin səmərəlilyi, istehsalatdakı kimi onun buraxdığı “məhsulun” keyfiyyəti ilə qiymətləndirilir. Məktəbdə “məhsul” dedikdə, məktəblilərin bilik, bacarıq və vərdişlərinin, həmçinin onların həyata hazırlıq səviyyəsi başa düşülür. Beləliklə, məktəb tərbiyə sistemi istehsalat sistemi kimi cəmiyyət tərəfindən qarşıya qoyulmuş məqsədləri həyata keçirmək üçün: maddi bazanı; təhsil-tərbiyə vəzifələrini həll etməyə yönəldilmiş proseslərin məcmusunu; bu prosesləri təşkil və idarə edən işçilər kollektivini; işçiləri lazımı informasiya ilə təmin edən kommunikativ şəbəkəni özündə birləşdirir.


Praktikada tərbiyə texnologiyası prosesinin tamlığı ideyası kompleks yanaşma vasitəsilə həyata keçirilir. Komplekslik tərbiyəvi təsirlərin məqsəd, vəzifə, məzmun, metod və formalarının vəhdəti deməkdir. Tərbiyə işinə kompleks yanaşmaya kəskin zərurət ona görə yarandı ki, son onilliklərdə tərbiyə nəzəriyyəsində və məktəbdə tərbiyə işinin praktikasında tərbiyə prosesinə, onun strukturuna daxil olan ayrı-ayrı xüsusi proseslərin məcmusu kimi baxılmağa başladılar.Tərbiyə prosesində iştirak edən amillər aşağıdakılardır:
1)məktəblinin həyat tərzi;
2)müxtəlif reqionların həyat şəraiti;
3)kütləvi informasiya və təbliqat vasitələri;
4)məktəbli şəxsiyyətinə bilavasitə təsir edən kollektivin inkişaf səviyyəsi və həyat şəraiti;
5)ilk kollektivlərdə yaranmış qarşılıqlı münasibət normaları;
6)şagirdin şəxsi xüsusiyyətləri;
Kompleks yanaşma zamanı şəxsiyyətin tam formalaşmasında bütün bu amillər nəzərə alınmalıdır.
“Tərbiyəvi tədbirlər” müxtəlif növ tərbiyəvi işlərin məcmusudur. Təlim prosesi ayrı-ayrı dərslərdə yarandığı kimi, tərbiyə prosesi də tərbiyəvi tədbirlərdə yaranır. Tədbir tərbiyə prosesinin bir kəsiyidir.Tərbiyənin sistemliliyi, kompleksliyi, ardıcıllığı, fasiləsizliyi “tərbiyəvi işlər” anlayışını daha yaxşı ifadə edir. Son zamanlar nəzəriyyəçi və praktik pedaqoqlar “tərbiyəvi işlər” anlayışından istifadə etməyə üstünlük verirlər. Tərbiyəvi işlər şagirdlərin konkret fəaliyyətinin təşkili və həyata keçirilməsi formasıdır. Tərbiyə prosesi qırılmaz, fasiləsiz tərbiyəvi işlər zəncirindən ibarətdir. Tərbiyəvi işlər kollektiv və yaradıcı xarakter daşıdığından onlar kollektiv tərbiyəvi işlər və ya kollektiv yaradıcı işlər adlanır. Kollektiv yaradıcı işlər təkcə tədbir deyil, uşaqlara göstərilən qayğıdır.Tərbiyəvi işlərin əsasında iki yanaşma durur: 1)fəal yanaşma; 2)kompleks yanaşma.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin