Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


IV.Tərbiyədə nəzarət, özünənəzarət və özünüqiymət metodları



Yüklə 0,82 Mb.
səhifə98/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

IV.Tərbiyədə nəzarət, özünənəzarət və özünüqiymət metodları
Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir. Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: şagirdlərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular (anket, şifahi və b.), fəaliyyət və davranışın, uşaqlara verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s. Bu metodların köməyi ilə şagirdlərin şüur və davranış səviyyəsi, tərbiyə keyfiyyətləri, unsiyyətin xarakteri, ayrı-ayrı fəaliyyət növlərində iştirakı, kollektivdə mövqeyi və s. məsələlər barədə lazımı məlumatlar toplanıb təhlil edilir.
1.Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasıbəti, unsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, içtimai fəallığı və s. Qiymətləndirmə zamanı şagirdlərin tərbiyə səviyyəsi ilə yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiymətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metodları, onların optimallığı, müəllimin təşkilatçılığı, şagirdlərə fərdi yanaşma bacarığı, onlarla ünsiyyətinin xarakteri və s. nəzərə alınmalıdır. Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, şagirdləri də özünənəzarətə, özünütərbiyəyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Tərbiyə prosesi o zaman əhəmiyyətli olur ki, müəllim şagirdlərdə özünütərbiyəyə təlabat formalaşdırsın.
2.Özünütərbiyə insanın özünü təkmilləşdirməsi üçün öz üzərində planlı, məqsədyönlü işləməsi prosesidir. Özünütərbiyə bütün tərbiyə işinin təsiri ilə baş verir. Onun bəzi ünsürləri hələ məktəbəqədər yaşda və kiçik məktəblilərdə özünü göstərir. İbtidai sinif şagirdləri müəllimin, valideynlərin və yoldaşlarının nümunəsi əsasında özlərində bəzi nöqsanlarla mübarizə aparmağa, təlim üçün zəruri keyfiyyətlərə (iradə, intizam, səy, fiziki-bədii qabiliyyətlərin inkişafı və s.) yiyələnməyə çalışırlar. Yeniyetmə və gənclik yaşında özünütərbiyə daha ciddi şəkil alır. Şagirdləri özünütərbiyəyə cəlb etmək üçün həm xarici təsirlərdən (tərbiyəçinin və kollektivin tələbi, yoldaşlıq tənqidi, böyüklərin və yoldaşların nümunəsi, yarış və s.), həm də daxili stimullardan (təlabat və maraqlardan) bacarıqla istifadə etmək lazımdır. Şagirdlərin özünütərbiyəsinə müəllim pedaqoji rəhbərliyi təmin etməli, onların özünütərbiyəmetodlarıilə(özünütəhlil, şəxsi öhdəlik, özünənəzarət, özünüqiymətləndirmə və s.) tanış etməlidir. Şagirdlərə özlərinə, öz davranış və rəftarlarına düzgün qiymət verməyi öyrətmək lazımdır. Yalnış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının - özünə həqiqətdə olduğundan yuxarı və aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir.
3.Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman uşağa birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar:
1.Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi və s.
2.Fəaliyyətin və şəxsi davranış təcrübəsinin təşkili priyomları: şagirdi maraqlı fəaliyyətə cəlb etmək, aşağı sinif şagirdləri üzərində hamilik işinə cəlb etmək, şagirdin gücünə inam bildirmək, xahiş etmək və s.
3.Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq və s.
4.Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: şagirdə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti sinif iclasında müzakirə edib qiymətləndirmək və s.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin