Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə99/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

6.Tərbiyə texnologiyaları
Tərbiyə texnologiyası - qarşıya qoyulmuş tərbiyə məqsədlərinə çatmaq üçün lazım gələn, nəzəri cəhətdən əsaslandırılmış forma, metod, priyom və vasitələrin məcmusudur.Təlim-tərbiyə prosesinin ayrı-ayrı hissələrində, xüsusi tərbiyə məsələlərinin həlli üçün lazım gələn tərbiyə texnologiyasına, tərbiyənin lokal (modul) texnologiyası deyilir. Bu modullar aşağıdakılardır: pedaqoji ünsiyyət, pedaqoji tələblər, informasiya təsiri yaradılması, tərbiyə mühitinin yaradılması, qrup fəaliyyətinin təşkili (burada modul,qarşıya məqsəd qoyma, vəziyyətin təhlili, müvəffəqiyyətli situasiyaların yaradılması və zəifliyin aradan qaldırılması texnologiyaları) texnologiyaları, fərdi texnologiya və fərqləndirilmiş yanaşma, pedaqoji qiymətləndirmə texnologiyası və s.
Tərbiyə texnologiyasının mahiyyəti və orijinallığı. Tərbiyə işini yaxşılaşdırmağın mümkün yollarından biri təhsil müəssisəsi müəllimlərinin - praktiklərin məhsuldar pedaqoji fikirləridir.Tərbiyə texnologiyası - elm tərəfindən hazırlanmış və təcrübədə yoxlanılmış bir sistemdir. Bu sistem tərbiyə fəaliyyətinin ustalıq səviyyəsində görünməsinə imkan verən, başqa sözlə desək, tərbiyə fəaliyyətinin səmərə və keyfiyyətinə zəmanət verən metodlar, üsullar, prosedurlardır.Tərbiyə texnologiyasının yaradılması və tətbiqi üçün, işlək alqoritmin ümumiləşdirilmiş sxemindən istifadə olunur. O tərbiyənin bir neçə mərhələsini əhatə edir:
• oriyentasiya (təbiyə məqsədləri haqqında təsəvvürün formalaşdırılması);
• icra (nəzərdə tutulan ardıcıllıqda tərbiyə metodlarının, üsullarının və vasitələrinin tətbiqi), nəzarət və tənzimləmə.
Hər bir tərbiyə texnologiyasıda bir idarəetmə alqoritmindən istifadə edilir. Bu idarəetmə alqoritmi qarşıya qoyulmuş məqsədə çatmaq üçün izləmə qaydalarını, onun fəaliyyətinə nəzarət və korreksiyanı özündə ehtiva edən bir sistemdir.Təyin olunmuş tərbiyə məqsədlərinin hər birinə çatmaq üçün, müəllimlərin təlim fəaliyyətini idarə etmək üçün dəqiq müəyyən edilmiş alqoritmdən istifadə olunur.Tərbiyə texnologiyasının formalaşmasının ayrı bir vəzifəsi tərbiyədə qarşılıqlı təsirin metodları, üsulları və vasitələrinin optimal seçilməsidir.Elə bunlar müəllim fəaliyyətinin şərtlərini, müəllimin şəxsi xüsusiyyətlərini və onun pedaqoji təcrübəsini özündə əks etdirir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin