Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


III.Fəaliyyəti və davranışı stimullaşdıran metodlar



Yüklə 0,82 Mb.
səhifə96/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

III.Fəaliyyəti və davranışı stimullaşdıran metodlar
(rəğbətləndirmə və cəza)
Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmləndirməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Belə ki, yaxşı hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq istirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını stimullaşdırmağa kömək göstərir: onu yaxşı hərəkətlərə sövq edir, pis hərəkətlərdən çəkindirir. Buna görə də bəzi pedaqoji məbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
1.Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondadır ki, hər bir insan, o cümlədən uşaq, yeniyetmə və gənc sağlam rəğbətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meyilli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir. Yarış müxtəlif sahələr üzrətəşkil edilə bilər: təlimə məsuliyyətli münasibət, davamiyyət, sinif otağında təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir. Yarış formaca kollektiv və fərdi ola bilər. Tərbiyəvi baxımdan kollektiv yarışların rolu daha böyükdür. A.S.Makarenkonun rəhbərlik etdiyi tərbiyə müəssisələrində hər ay əmək, intizam və s. sahələr üzrə ən yaxşı dəstə adı uğrunda yarış keçirilirdi. Ən yaxşı dəstələr müəyyən edilir, ilk yeddi dəstəyə teatr biletləri verilirdi. Birinci yeri tutan dəstəyə 7, ikinciyə 6, üçüncüyə 5 və s. bilet verilirdi. Bu biletləri dəstə özü ən çox fərqlənən üzvləri arasında paylayırdı. Yarışın səmərəli və təsirli olması ücün bu prosesdə obyektivliyə, aşkarlığa, nəticələrin düzgün qiymətləndirilməsinə nail olmaq lazımdır.
2.Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. O, insanın öz qüvvəsinə inamını, kollektivdə qüvvət və nüfuzunu artırır. Tərbiyə təcürübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür etmək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şagirdin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, uşağın valideynlərinə razılıq məktubu göndərmək və s. Rəğbətləndirməyə kiçik məktəblilər və yeniyetmələr daha həssasdırlar. Buna görə də bu yaşlarda rəğbətləndirməyə nisbətən çox yer vermək lazımdır. Mükafatlandırma zamanı çalışmaq lazımdır ki, mükafat uşağın yaxşı hərəkətlərinin təbii nəticəsi kimi verilsin. O, əvvəlcədən müəyyən şərtlə verildikdə öz tərbiyəvi təsirini itirir; uşaq hər xırda uğuruna görə mükafat gözləyir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin