TƏRBİYƏ METODLARI
I.Şüuru forma-
laşdıran metod-
lar (inandırma)
|
II.Fəaliyyətin təşkili
və ictimai davranış
təcrübəsini forma-
laşdıran metodlar
(alışdırma)
|
III.Fəaliyyəti
və davranışı
stimullaşdı-
ran metodlar
(rəğbətləndir-
mə və cəza)
|
IV.Tərbiyədə
nəzarət, özünə-
nəzarət və özünə
qiymət metodları
|
1.Əxlaqi söh-
bətlər;
2.Əxlaqi möv-
zuda məruzə
və mühazirələr;
3.Bədii
əsərlərin
(filmlərin)
müzakirəsi;
4.Disput
5.Nümunə
metodu
|
1.İnsanın müxtəlif
fəaliyyət növlə-
rinə cəlb edilməsi;
2.Tətbiyələndirici situasiyaların ya-
radılması metodu;
3.Tələb metodu;
4.İctimai rəy metodu;
5.Təmrin(məşq)
metodu;
6.Rejim.
|
1.Yarış metodu;
2.Rəğbətləndir-
mə metodu;
3.Cəzalandır-
ma metodu.
|
1.Tərbiyədə nəza-
rət və qiymətlən-
dirmə;
Özünütərbiyə
3.Dolayı təsir priyomları.
|
Mövzu 12. Tərbiyənin məzmunu və şagirdlərdə dəyərlərin formalaşdırılması
Plan:
1.Tərbiyənin məzmunu anlayışı
2.Dünyagörüşünün formalaşması. Əqli tərbiyə
3.Əxlaq tərbiyəsi
4.Əmək tərbiyəsi və peşəyönümü
5.Estetik tərbiyə
6.İqtisadi, ekoloji və hüquqi tərbiyə
7.Fiziki tərbiyə
1.Tərbiyənin məzmunu anlayışı
Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununda göstərilir ki, təhsilin başlıca vəzifəsi “ Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət və vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.”Belə insan həm də bədəncə sağlam, fiziki cəhətdən qüvvətli və gümrah, ideya siyasi cəhətdən yetkin olmalı, fikir plüralizmi şəraitində ölkənin daxili vəxarici siyasəti ilə bağlı məsələlərdən düzgün baş çıxarmağı bacarmalı, yüksək zövqə sahib olmalı, hüquq,iqtisadiyyat və ekologiya sahəsində zəruri məlumata yiyələnməlidir.Bu cür şəxsiyyətlər yetişdirməkdən ötrü gənc nəsildə elmi dünyagörüşü formalaşdırmalı, ona əqli, əxlaqi, əmək tərbiyəsi, peşəyönümü,estetik,fiziki, hüquqi, ekoloji və iqtisadi tərbiyə verilməlidir.Bütün bunlar birlikdə tərbiyənin məzmunu,əsas tərkib hissələrini təşkil edir.Həmin hissələrdən hər birinin ümumi məqsədi,məzmunu və vəzifələri ilə yanaşı,konkret məqsədi,məzmunu və vəzifələri də vardır.Və bunlar bur-biri ilə qarşılıqlı əlaqədə, sıx vəhdətdədir.Məsələn, əqli tərbiyəuşaqlarda zehni qüvvələrin,ideya-siyasi baxışların, dünyagörüşünün,nəcib əxlaqi sifətlərin və estetik hisslərin inkişafına müsbət təsir göstərir, eyni zamanda əmək tərbiyəsinin,peşəyönümünün, hüquqi, ekoloji və iqtisadi tərbiyənin elmi əsasını təşkil edir.
Fiziki tərbiyə şagirdlərin bədəncə ahəngdar inkişafını təmin etmək və sağlamlığını möhkəmləndirməklə, onları öz əxlaqi vəzifələrini yerinə yetirmələri üçün(xalq üçün çalışmaq, vətəni qorumağa hazır olmaq və s.) imkanyaradır.
Əxlaq tərbiyəsi şagirdləri əxlaqi biliklərlə silahlandırır, hüquqi normalara alışdırır və tərbiyənin digər qolları üçün də əlverişli şərait yaradır.
Estetik tərbiyə də öz növbəsində əqli, əxlaqi, fiziki və ekoloji tərbiyə ilə sıx əlqədardır.Məsələn,estetik tərbiyənin qüdrətli vasitəsi olan ədəbiyyat və incəsənət insanın zehnini inkişaf etdirir, adamda əxlaqi hisləri təkmilləşdirir.Estetik zövqü gözəl olan insan təbiətə qayğıkeş münasibət bəsləyir, ondakı gözəlliklərdən həzz alır, bu gözəlliyi qoruyur, yəni ekoloji mədəniyyətə sahib olur və s.Göründüyü kimi qarşılıqlı təsir tərbiyənin bütün tərkib hissələri üçün səciyyəvidir. Deməli, şəxsiyyətin hərtərəfli inkişafı tərbiyənin tərkib hissələrini birləşdirən vahid prosesdir.
Tərbiyə işinin məzmunu dedikdə onun tərkib hissələri və ya istiqamətləri, sahələri başa düşülür. Tərbiyənin məzmunu çox genişdir və bu bir çox tərbiyə sahələrini əhatə edir.Pedaqoji ədəbiyyatlarda tərbiyənin məzmunu və ya tərkib hissələri müxtəlif sayda və trkibdə verilmişdir.Ümumiləşmiş şəkildə tərbiyənin məzmununu aşağıdakı kimi təsnif etmək olar:
Dostları ilə paylaş: |