Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Dünyagörüşünün formalaşması. Əqli tərbiyə



Yüklə 0,82 Mb.
səhifə103/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

2.Dünyagörüşünün formalaşması. Əqli tərbiyə
Dünyagörüşüinsanın həyata elmi, fəlsəfi, hüquqi, əxlaqi, dini, siyasi, estetik baxışlarının ümumiləşmiş sistemidir.
Dünyagörüşünün müsbət keyfiyyətləri insanda vəhdət təşkil etdikdə şəxsiyyətin inamına, əqidəsinə çevrilir. Əqidə insanın müəyyən baxış və ideyalara, həyat prinsiplərinə möhkəm inamı, etiqadıdır. Dünyagörüşünün formalaşması prosesi müxtəlif amillərin - sosial mühit, ailə həyatı cəmiyyətdə qərarlaşmış ideya və baxışlar, dövlətin siyasəti, təlim və tərbiyə, kütləvi informasiya vasitələri, insanın yoldaşlıq mühiti, oxuduğu kitablar, baxdığı filmlər və s. təsiri ilə baş verir.Dünyagörüşünün formalaşmasının başlıca yolutəlim prosesidir. Təlim prosesində şagirdlər təbiət, cəmiyyət və insan təfəkkürü ilə bağlı elmi biliklərə yiyələnirlər.
Əqli tərbiyə.Əqli tərbiyə müəllim və tərbiyəçilərin rəhbərliyi altında şagirdlərin əqli qüvvələrinin və təfəkkürünün məqsədyönlü inkişaf etməsi, onlarda elmi dünyagörüşün formalaşması prosesidir.Yəni,elmi dünyagörüşünün formalaşması əqli tərbiyədən başlanır. Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliyyətlərə yiyələnməsi, yaradıcı düşünmə bacarığının inkişafına yönələn təlim-tərbiyə prosesi və onun nəticəsi başa düşülür.Müasir istehsalatda yüksək səviyyədə fəaliyyət göstərmək, yeni texnika və texnologiyalardan baş açmaq üçün dərin bilik, müstəqil düşünmə bacarığı, yaradıcı təfəkkür tələb olunur.
Şagirdlərin əqli tərbiyəsi bir çox amillərin – təlim, sosial mühit, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri, müasir komputer texnikası, internet sistemi və s. kompleks təsiri altında həyata keçirilir. Bu vasitələr içərisində məktəbdə təlim prosesi mühüm yer tutur. Məktəbdə əqli tərbiyə təlim prosesi və sinifdənxaric tədbirlərlə həyata keçirilir.
Əqli tərbiyənin vəzifələri.İlkin vəzifə təfəkkürü, əqli qüvvələri inkişaf etdirməkdir.Təfəkkür beynin məhsuludur və bütün insanlara xasdır.Onun dialektik, məntiqi,mücərrəd,induktiv,deduktiv,yaradıcı və s. növləri vardır. Təfəkkürün inkişafı ağlın inkişafına təsir göstərir.Psixoloqlar ağlın aşağıdakı keyfiyyətlərini göstərirlər:ağlın müstəqilliyi, ağlın tənqidiliyi, ağlın dərinliyi, ağlın şevikliyi,fikrin sürəti, fikrin məntiqiliyi.Əqli tərbiyənin ikinci vəzifəsi şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırmaq, onlarda elmi dünyagörüşü inkişaf etdirməkdir.Əqli tərbiyənin üçüncü vəzifəsi şagirdləri həyati biliklərlə təmin etmək, onların nitqini,psixi proseslərini inkişaf etdirməkdir.Əqli tərbiyənin digər vəzifələri sagirdlərə zehni əməyin səmərəli təşkili yollarını öyrətmək, biliklərə maraq tərbiyə etmək, bilik mənbələrindən istifadə qaydalarını öyrətmək, şagirdləri özünütəhsil işlərinə cəlb etməkdir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin