Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə101/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Fəal yanaşma məktəblilərin müxtəlif növ fəaliyətinin (məsələn, idraki, əmək, ictimai, bədii, idman, dəyərləndirici-oriyentasiya) təşkilini tələb edir. Kollektiv yanaşma isə bütün fəaliyyət növlərini, vahid prosesdə onların təsirini üzvi surətdə birləşdirməkdir. Tərbiyəvi işlər eyni zamanda əxlaqi, estetik, siyasi, intellektual təsirləri də özündə saxlayır. Fəal yanaşma tərbiyənin istiqamətini göstərir, kompleks yanaşma isə onun məzmununun xarakterini müəyyən edir.
Əsas tərbiyə məqsədi (adətən, bu, əxlaq tərbiyəsi məqsədidr) konkret işlərin vəzifələrini müəyyən edir. Hər bir işdə mərkəzi ideya ayrılır və bu ideya tərbiyənin ümumi istiqamətlərindən birinə (əqli, fiziki, əmək, estetik, və s.) uyğun gəlir.
Çox sayda iştirakçıları əhatə edən mürəkkəb ümumməktəb işlərini şəbəkə-qrafik metodu ilə planlaşdırmaq tövsiyə edilir. Bu qrafikdə əyani surətdə və əlverişli formada məqsədlər, vəzifələr, onlara nail olmaq yolları göstərilir, iştirakçılar bölüşdürülür, işin forma və metodları, mərhələlər müəyyənləşdirilir. Şəbəkə-qrafiklər məktəbin görkəmli yerlərindən asılır. Keçilmiş sahələr, mərhələlər bayraqlarla işarə olunur.
İstehsalat failiyyətinin təşkilinin ümumi nəzəriyyəsinə görə texnologiya altı müddəaya istinad etməlidir. Müəllimlər də tərbiyəvi işləri təşkil edən zaman həmin müddəaları nəzərə almalıdırlar:
1)görüləcək işin məqsədinin aydın şəkildə müəyyənləşdirilməsi, bütün hərəkətin, fəaliyyətin əvvəldən axıra qədər gözdən keçirilməsi (nəyə nail olmaq lazımdır?);
2)hər bir şagird üçün vəzifələrin dəqiq müəyyənləşdirilməsi (hansı əməliyyatlar vasitəsi ilə nail olmaq olar?);
3)görüləcək iş üçün lazım olan hər şeyin hazırlanması (nəyin köməyi ilə nail olmaq olar?);
4)nəticələri ölçmək üçün icra normalarının müəyyənləşdirilməsi (nailiyyətin həcmi, ölçüsü necədir?);
5)məsuliyyətin bölüşdürülməsi, hesabatın kimə və nə vaxt verilməsi (məqsədə nail olmağı necə stimullaşdıraq?);
6)icraçıların təlimatlandırılması (təşkilat sistemi yaratmaq kimi işi həyata keçirməyə necə nail olmaq olar?).
İşin təşkilində iştirak etmək şəxsiyyətin mühüm keyfiyyətlərini tərbiyə edir.


Ədəbiyyat:
1.Talıbov Y., Ağayev Ə., İsayev İ., Eminov A. Pedaqogika.2006,
160 səhifə, səh. 102-108.
2. İbrahimov F., Hüseynzadə R. Pe­da­qogika. Ic., 2013, səh.569-576.
3. Qasımova L., Mahmudova R. Pedaqogika. 2012, 548 səh. səh.382-403
4. Paşayev Ə., Rüstəmov F. Pedaqogika.2007, səh. 307-326, səh.327-337.
7. İsmixanov M. Pedaqogikanın əsasları, Bakı- 2013, 304 səh,səh.155-169.
8.İbrahimovF.N., HüseynzadəR.L., Pedaqogika Bakı-2012, 548səhifə, səh.331-350.
9. Н.Н.Калацкая, Современные методы и технологии воспитания,
Конспект лекций, Казань-2014, 152 стр., стр.18-23.






Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin