Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır



Yüklə 0,82 Mb.
səhifə91/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə yanaşı, onun bu normalara uyğun davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir. Tərbiyə keyfiyyətlərinin böyük bir qismi adətlərlə bağlıdır. Məsələn, intizam, mədəni davranış, səhiyyə-gigiyenik vərdişlər, həyati bacarıq və vərdişlər adət nəticəsində formalaşır. Xüsusən kiçik yaşlardan - şüura təsir göstərmək imkanı məhdud olan dövrdə tərbiyə işində adətlər böyük rol oynayır.
Adət tərbiyəsi ilk zamanlar iradə tərbiyəsi ilə yanaşı gedir. Əxlaqi tələblər insandan iradə gücü – çətinlikləri aradan qaldırmaq səyi tələb edir. İradəsi zəif olanlar əxlaqi normalara əməl etməyə ərinir, tənbəllik edirlər, özlərini müəyyən hərəkətlərdən, hisslərdən çəkindirməkdə açizlik göstərirlər. Tərbiyə işində insanın iradəsini möhkəmlətmək, onda müsbət adətlər yaratmaq və bu yolla düzgün davranış təcrübəsi formalaşdırmaq zəruridir. Tərbiyə metodlarının müəyyən qrupu məhz bu məqsədə xidmət edir. Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanism-eqoizm, həzz-ikrah hissləri davranış və rəftarı stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir.
İnsan şəxsiyyəti, göstərilən psixoloji amillər kompleksi ilə fəaliyyət prosesində formalaşır. İnsan fəaliyyəti prosessual baxımdan bir neçə komponentdən (fəaliyyətin təşkili, stimullaşdırma, nəzarət) ibarətdir. Tərbiyə işi, onun metodları fəaliyyətin ayrı-ayrı komponenetlərinə yox, bütövlükdə fəaliyyətin özünə istiqamətlənir. Bu mənada tərbiyə metodları həm insanın psixi-şüur fəaliyyətinin, həm davranış, rəftar və ünsiyyət fəaliyyətinin təşkilini, həm şüur və davranışı stimullaşdırmağı, həm də bu prosesə nəzarəti təmin etməlidir. Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını dörd qrupa bölmək olar:
LŞüuru formalaşdıran metodlar (İnandırma)
II.Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar (Alışdırma)
III.Fəaliyyət və davranışı stimullaşdıran metodlar (Rəğbətləndirmə və cəza)
IV.Tərbiyədə nəzarət və özünənəzarət metodlar

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin