Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə69/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Əlavə məşğələlər geridə qalan, eləcə də yaxşı oxuyan şagirdlərlə dərsdənkənar aparılan iş formalarıdır. Bu məşğələlərdə zəif oxuyan şagirdlərin çətinlik çəkdiyi məsələlər üzrə fərdi tapşırıqlar yerinə yetirilir, çalışqan şagirdlər isə maraq və qabiliyyətlərini ödəyən yaradıcı tapşırıqlar üzərində işləyirlər. Əlavə məşğələlər ehtiyaca görə 15-20 dəqiqə vaxt ərzində keçirilir. Belə məşğələlərə rəhbərlik işinə əlaçı şagirdləri və tələbələri də cəlb etmək olar.
Məsləhətlər şagirdlərin çətinlik çəkdikləri mövzular üzrə aparılan təlim formalarıdır. Onlar fərdi və qrup şəklində keçirilə bilər. Bəzi məktəblərdə məsləhətlər il boyu xüsusi cədvəl üzrə (müəyyən günlərdə və saatlarda) aparılır. Ev tapşırıqları təlimin fərdi təşkili formalarıdır. Onlar müxtəlif vəzifələri yerinə yetirir: dərsdə keçilən materialları möhkəmlətmək, dərinləşdirmək, nəzəri biliyi tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq və.s.
-
.
4..Öyrədici mühit və sinfin təşkili texnologiyaları.Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır.Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraqlarına və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibəti ilə çox əlaqəlidir.Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial-psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit.
Sosial-psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı münasibətidir.Əməkdaşlıq, açıqlıq, birbirini başa düşmə və köməklik mühiti təlimin effektivliyini artırır, təlim prosesinə emosianallıq verir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir.
İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələrinin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mənbələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, ensiklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mətbuat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məhrum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur.
Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki resursların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır: - məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər və s.; - təbii mühit: canlı və cansız təbiət; - yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s. Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdıran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim prosesində çox az istifadə olunur. Açıq havada dərslər və ekskursiyalar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edilməsi vacibdir.
Öyrədici mühitin təşkilinə əsas yanaşma bunlardır:
a)bilik prosesinə müsbət münasibət, yeni biliklərin aşkar edilməsi, mənimsənilməsi və tətbiqi üçün şərait yaradılması;
b) şagirdin bilik əldə etmək, ünsiyyətdə qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq etmək imkanlarını genişləndirmək;
c) şəxsiyyətin inkişafı üçün imkanları artırmaq.
Öyrədici mühit elə təşkil olunmalıdır ki, tədrisin real həyatla əlaqəsi başa düşülsün şagirdlər həm tədris həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunsun müxtəlif məlumat mənbələrindən istifadə edə bilsin müntəzəm olaraq müstəqil şəkildə bilik ehtiyatını artıra bilsin.
Təlimdə ciddi nəticələri nə vaxt gözləmək olar?İlk növbədə şagirdi əhatə edən mühit onda canlı maraq oyatmalı onu fəal işə axtarışa və kəşfə sövq etməlidir.Bu zaman onun tədris fəaliyyəti fiziki və psixoloji cəhətdən yüngülləşir və səmərəli təşkil olunur.
Digər tərəfdən, öyrədici mühit çeviklik və interaktivlik keyfiyyətlərinə malik olmalıdır, təlim prosesi bütün şagirdlərin əməkdaşlığına imkan yaratmalıdır.
Öyrədici mühit təşkil edərkən, əvvəlcə sinfin maddi mühitindən başlamaq lazımdır.
Partalar, interaktiv iş qurmaq üçün partaları çevirmək və ətrafında şagirdləri otuzdurmaq lazım gəlir. Bu ona görə edilir ki sinifdə çevikliyin yaradılması üçün mümkün qədər çox məkan olsun və lazım gəldikdə partaların qrup işi üçün düzülməsinə imkan olsun. Nəzərə almaq lazımdır ki, şagirdlərin həmişə qrup halında oturması mütləq deyildir. Dərsin məqsədlərindən asılı olaraq ( məsələn bütün siniflə interaktiv iş aparmaq üçün) müəllim partaları ənənəvi formada da düzə bilər.
Divarlar. Sinfin divarında stendlərin olması zəruridir. Lakin onların az qismi statik və uzun müddət dəyişilmədən qala bilər ( məs., dövlət rəmzlərinə aid stend, mühüm didaktik materiallar və s. ) .Qalan stendlər dinamik, çevik, yəni tez-tez dəyişilən olmalıdır. Onların bir qismi didaktik xarakterli keçilən dərslərlə bir başa əlaqəli olmalı digərləri isə şagirdlərin işlərinin nümunələrini əks etdirməlidir. Stendlərin hazırlanmasında tərtibatında şagirdlərin iştirakı zəruridir. Stendlərin həddindən artıq olması da yolverilməzdir. Bu qavramanı çətinləşdirir.
Şkaflar. Şkaflarda lazımı kitablar, tədris ləvazimatı, didaktik materiallardan guşələr və ya “öyrənmə mərkəzləri”yaratmaq olar. Bunlar yaradılarkən nəzərə alınmalıdır ki, orada müəyyən fəaliyyətlər və bilik sahələri üzrə didaktik materialların ləvazimatların olması və bunlarla şagirdə sərbəst işləməyə imkan yaradılması vacibdir. Təlim materiallarının bir qismi müəllim valideyn və şagird tərəfindən hazırlana bilər. Şkaflarda ensiklopedik və bədii ədəbiyyatdan ibarət kiçik kitabxanaların olması da vacibdir. Şagird üçün münasib öyrədici mühitin yaradılması o deməkdir ki, mühit ona açıq sual verməyi, əsaslandırmağı, tədqiqat aparmağı və müzakirə etməyi öyrədir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin