Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə72/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Qiymət meyarları. Biliyi qiymətləndirmək üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir. Məsələn, Şərqi Avropa ölkələrində 5 bal (“5” pis, “1” isə yüksək qiymət sayılır). Bolqarıstanda 6 bal, İtaliya və Hollandiyada 11 bal, Fransa və İranda 20 bal, ABŞ-da 100 bal qiyməti işlədilir.
XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyada, o cümlədən Azərbaycandabilikləri qiymətləndirmək üçün altı (0, 1, 2. 3, 4, 5) bal sistemi var idi. Sovet hakimiyyəti illərində “0” (“sıfır”) qiyməti ləğv edildi, beş bal sistemi saxlanıldı. Tədricən “1” qiyməti də aradan qalxdı. 1950-ci illərdən başlayaraq “2” qiymətindən də az istifadə olunmağa başlandı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində tədris şagirdlərin maraq və yaradıcılığı əsasında qurulurdu, ona görə də qiymətləndirmə yolu ilə şagirdlərin nizam-intizama çağırılması metodu yararsız hesab olunmuşdu. Nadir hallarda frontal şifahi yoxlamalar və məqbul xarakterli yazılı işlərə icazə verilirdi. Keçilmiş mövzu ilə bağlı şagirdlərlə dövrü olaraq söhbətlər aparılır, özünənəzarət forması kimi test tapşırıqlarından istifadə olunurdu.
1932-ci ildə fərdi yanaşma əsasında hər şagirdin biliyinin uçotu (hesaba alınması) prinsipi rəsmi olaraq bərpa edildi.
1935-1943-cü illərdə sözlə ifadə olunan (verbal) beş ballı qiymət sistemi tətbiq edildi: “əla”, “yaxşı”, “kafi”, “pis”, “çox pis”. 1944-cü ilin yanvarından isə şagirdlərin biliyi rəqəmlə ifadə olunan 5 bal sistemilə qiymətləndirilməyə başlandı. Bəzi çatışmazlıqlarına baxmayaraq 5 ballı qiymət sistemi uzun müddət şagirdlərin təlim müvəffəqiyyətinin hesaba alınmasının başlıca meyarı kimi özünü doğrultdu.
Məktəbimizin tarixində müxtəlif dövrlərdə müxtəlif qiymət sistemi olmuşdur: 1920-ci illərdə 2 bal (kafi, qeyri-kafi), 30-cu illərdə 5 bal qiyməti, 1989-cu ildən isə 4 bal (5, 4, 3, 2) qiyməti tətbiq olunmuşdur. Hazırda orta məktəblərimizdə isə 100 bal sistemi eksperimentdən keçirilir.
Qiymət balları müxtəlifgöstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan cəhətlər (göstəricilər) bunlardır: a) biliyin həcmi (proqram materialı tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib?); c) biliyin tətbiqi (şagird nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (şagird fikirlərini düzgün, ədəbi dildə ifadə edə bilirmi?). Bu göstəricilərdən çıxış edərək qiymət meyarları aşağıdakı kimi müəyyən olunur:
“5” (əla) o halda verilir ki, şagird proqram materialını tam bilsin, şüurlu dərk etsin, biliyi müstəqil tətbiq etsin, onu düzgün ədəbi qaydada ifadə edə bilsin.
“4” (yaxşı) o halda verilir ki, şagird “5” qiymət üçün nəzərdə tutulan tələbləri ödəsin, lakin bəzi cüzi səhvlərə (məs., danışığında və ya yazıda əhəmiyyətsiz səhvlərə) yol versin.
“3” (kafi) o halda verilir ki, şagird proqram materialını əsasən bilsin, nəzəri biliyi müəllimin köməyi ilə tətbiq etsin, şifahi və ya yazılı nitqində kobud səhvlərə yol versin.
“2” (qeyri-kafi) o halda verilir ki, şagird materialın çox hissəsini bilməsin, müəllimin yardımçı suallarına inamsız cavab versin, biliyini tətbiq edə bilməsin, fikirlərini ifadə edərkən çoxlu kobud səhvlərə yol versin.
Şagirdin gündəlik qiymətləri əsasında yarimillik, rüblük qiymətlər, sonda isə illik qiymətlər çıxarılır. Qiymətlər qarışıq olarsa (həm “2”, “3”, həm də “4”, “5”), bu halda orta qiymət çıxarmaq düzgün olmaz. Bəzi fənlərdən (dillər, riyaziyyat) son qiymətlərə üstünlük vermək olar, çünki bu fənlərdə (xüsusən çalışmalar, cümlə təhlili, məsələ həllində) əvvəlki biliklər də üzə çıxır. Lakin içtimai, humanitar fənlərdə bu qaydanı tətbiq etmək düzgün olmaz. Bu fənlərdə müəllim yekun qiymətləri çixararkən iri mövzu və bölmələr üzrə şagirdlərin biliyini aşkara çıxarmağa və qiymətləndirməyə çalışmalıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin