Mühazirə mətnləri Bakı ­- 2015


Mikroiqtisadi iqtisadiyyatın makroiqtisadi səviyyələrdə öyrənilməsi



Yüklə 0,93 Mb.
səhifə4/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

1.3. Mikroiqtisadi iqtisadiyyatın makroiqtisadi səviyyələrdə öyrənilməsi
Vahid sistem kimi kompleks halında formalaşan iqtisadiyyatı və onun istehsal-xidmət dairələrində baş ve­rən bölgü, mübadilə, istehlak mərhələlərindəki qanuna­uyğun prosesləri müxtəlif səviyyələrdə öyrənmək müm­kün­dür.

Cəmiyyət və iqtisadi sistemlərin təsərrüfat həyatı canlı bir orqanizmi xatırlatdığından, orada sanki “hər şey axır, hər şey dəyişir”, bəzən isə hətta ən gözlənilməz pro­seslər baş verir. Nobel mükafatı laureatı P.Samuelson haq­lı olaraq yazmışdır: “Dünyada baş verən iqtisadi pro­ses­lər (iqtisadi sistemlərin dağılması, böhranlar, inflya­siyalar, in­teq­rasiya meylləri, iqtisadi-ticarət əlaqələ­ri­nin genişlən­mə­si, elmi-texniki tərəqqi) bəşəriyyətin yaşadığı bir tama­şa və dramadır”.

Bu həyatı tamaşanın isə müəllifi də, rejissoru da, aktyo­ru (oyunçusu) da, təbiət və istehsalla, eyni zamanda bir-birləri ilə mürəkkəb əlaqələr sistemi qurub, ardıcıllıq­la həyata keçirən insanlardır. Doğrudan da “insan amili” onun maraq və təşəbbüsü, tələb və təklifi, ideya və əməl­ləri ol­ma­dan heç bir iqtisadi sistem formalaşıb yüksələ bil­məz.

İqtisadi sistem və onun obyektiv inkişaf qanun­larını hərtərəfli öyrənib dərk edərək, bu prosesin nəticə­lərini insanların müxtəlif təyinatlı maddi-mənəvi tələ­batlarının ödənilməsinə yönəldilməsi – mikroiqti­sadi, mezoiqti­sa­di, makroiqtisadi, meqoiqtisadi səviyyələr­də tədqiq edi­lə bi­lər. Müəyyən qeyd-şərtlərlə bu bölmə­lər prinsipi, bü­tün dünyada qəbul olunur. Lakin son dövrlərdə iqtisadi nəzə­riy­yə kursunun mikroiqtisa­diyyat və makroiqtisadiy­yat ki­mi iki bölməyə ayrılaraq tədris olunması daha məq­sədə­uy­ğun sayılır.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin