Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadiyyatda insan amili və modelləri



Yüklə 0,93 Mb.
səhifə45/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

3.5. İqtisadiyyatda insan amili və modelləri.
Müxtəlif cəmiyyətləri ictimai-siyasi və sosial iqtisadi quruluşundan, oradakı təsərrüfatçılıq formalarından asılı olmayaraq, maddi-mənəvi nemətlərin yaradılması, habelə xidmətlərin göstərilməsi prosesi, insanın fiziki-əqli qabi-liyyətinin iş qüvvəsi şəklində iştirakını zəruri bir şərt kimi irəli sürür. İstehsalın maddi və şəxsi amillərinin məqsəd-yönlü surətdə birləşməsi, fəaliyyəti nəticəsində bütövlükdə cəmiyyətin, habelə onun üzvlərinin müxtəlif təyinatlı tələ-batlarını ödəmək mümkündür.

İnsan əməyinin məhsulu olan ən yeni texniki vasitə-lər və mütərəqqi texnologiyalar sonrakı istehsal prosesi gedişində canlı əməyin səylərilə hərəkətə gətirilib fəaliy-yət göstərməsə faydasızdır, yaxud “öldürür”. Bu fikir müasir iqtisadi inteqrasiya və vahid dünya təsərrüfat siste-minin formalaşdığı dövrdə də aktual səslənir. Qədim yu-nan müdriklərinin dedikləri həqiqətdir ki: “dünyada möcü-zə çoxdur, lakin insandan böyük yoxdur”.

Tanrının və təbiətin ən kamil əsəri, hər şeyin meyarı olan insanın əsrlər boyu qadir əməyi ilə yaradılan maddi-mənəvi sərvətlər, bəşəriyyətin iqtisadi-sosial inkişafının əsasıdır. Bu mənada “insana məhəbbəti olmayan iqtisadçı yalnız hesabdardır” tezisini davam etdirərək, cəsarətlə de-mək olar ki, insan qayğıları ilə yaşamayan, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət etməyən iqtisadi sis-tem, dövlət və hakimiyyət orqanlarının fəaliyyəti anlaşıl-mazdır. İnsan istehsalçı olmaqla yanaşı, həm də müxtəlif təyinatlı maddi-mənəvi nemətlərin istehlakçısı və istifadə-çisi olduğundan, onun normal tələbatlarının optimal va-riantda ödənilməsi, ölkənin iqtisadi siyasətinin aparıcı isti-qamətinə çevrilməlidir.

İnsanların təsərrüfat fəaliyyətini, onların davranış-larını təhlil edən iqtisad elmi və nəzəriyyəsi, hesab edir ki, bu fəaliyyətin ən mühüm sahəsi ictimai istehsaldır. Tələ-batların sonsuzluğu və iqtisadi resursların məhdudluğu şəraitində maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi, istehlakının iştirakçısı olan insanlar, bu fasiləsiz proses gedişində cəmiyyətin maraqları ilə yanaşı, eyni zamanda öz şəxsi (fərdi, qrup) mənafelərini də qoruyur, habelə real-laşdırırlar.

A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haq-qında traktat” əsərində qeyd etmişdir ki, bazar müna-sibət-ləri iqtisadi sistemində hər kəs ilk növbədə “cəmiyyətin xeyrini deyil, öz marağını güdür”. Lakin burada fəaliyyət göstərən rəqabət, qiymət, tələb, təklik kimi bazar təsərrü-fatı qanunları (“görünməz əllər” prinsipi) sərbəst sahib-karların pərakəndəliyini nizamlanmış bir sistemdə birləş-dirir. İlk baxışda qarışıq və əlaqəsiz görünən proseslər məntiqi ardıcıllıqla davam edərək, təşkil olunmuş xarakter alır və öz xeyrinə can atan insan (“iqtisadi insan-homo economics”) eyni zamanda cəmiyyətin xeyrinə çalışır.

Bazar münasibətləri iqtisadi sistemi tədricən inkişaf edib təkmilləşdikcə, iqtisad elmi və nəzəriyyəsinin insana istehsal amili kimi roluna diqqəti getdikcə artmışdır. İn-sanları gündəlik fiziki-zehni əmək fəaliyyəti ilə məşğul olmağa vadar edən səbəblər, motivlər, stimullar iqtisad elmi və nəzəriyyəsinin ən mühüm problemlərindəndir.

Bəşər tarixində insanın əmək fəaliyyətini şərtlən-dirən iki əsas səbəb olmuşdur: a) qeyri-iqtisadi məcburiy-yət; b) iqtisadi məcburiyyət. Birinci halda insan mövcud şəxsi asılılıq və hakimiyyət tərəfindən işləməyə məcbur edilir. İkinci halda isə insanın iqtisadi və hüquqi azadlığı əsasında, onun öz ehtiyac və yaşayışını təmin etməsi na-minə heç bir məcburiyyət olmadan, könüllü əmək fəaliy-yəti nəzərdə tutulur.

Müxtəlif istehsal üsulları, ictimai-siyasi quruluş və iqtisadi sistemlərdə insanı əmək fəaliyyətinə yönəldən səbəblər, şübhəsiz fərqli olub, həmin cəmiyyətin keçdiyi inkişaf yolu, iqtisadi resursları, mülkiyyət münasibətləri-nin xarakteri istehsalın nəticələrinin mənimsənilməsi for-malarından asılıdır.

Cəmiyyətin iqtisadi həyatında insanın fəal iştirakı ilk növbədə onun davranış (rəftar, münasibət) səbəbləri ilə müəyyənləşdiyindən, klassik siyasi iqtisad məktəbinin nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində “iqtisadi insan” konsepsiyası, yaxud modeli yaradılmışdır. Bu model müxtəlif sosial-iqtisadi sistemlərdə fəaliyyət göstərən insanı və bunu şərtləndirən amillər kompleksini nəzərdə tutur.

İqtisadi ədəbiyyatda “insan modeli” anlayışı tarixən bir sıra fərqli mövqelərdən izah olunmuş və dəyərlən-dirilmişdir. Klassik siyasi iqtisadi məktəbi, marjinalist və neoklassik mövqelərə görə “iqtisadi insan” modelində fərdin öz marağını üstün tutmaq, eqoist, pul-sərvət əldə etmək məqsədi həlledici əhəmiyyətə malikdir. Bu halda “iqtisadi insan” sərbəst rəqabət mühitində işgüzar fəaliyyət göstərir və onun nisbətən az xərclərlə daha çox son nəticə (mənfəət) əldə etmək səyləri dövlət, yaxud kənar qüvvələr tərəfindən məhdudlaşdırılmır.

Alman tarixi məktəbli, keynsçi istiqamət və institu-sionistlərə görə insanların əmək, habelə iqtisadi fəaliyyə-tini onların yalnız maddi nemətlər əldə etmək, yaxud varlanmaq niyyətləri ilə izah etmək doğru deyildir. Bu mövqe tərəfdarları insanın milli adət-ənənələrə bağlılığı, öz nüfuzunu gözləməsi, mənəvi dəyərlərdən, həyatdan və öz gördüyü işdən həzz almaq kimi psixoloji amillərin mühüm rol oynadığını irəli sürmüşlər. Onların fikrincə, iqtisadi təhlilin obyekti fərd (insan) deyil, yalnız xalq ola bilər. Çünki xalq fərdlərin toplusu olmayıb, tarixi və milli baxımdan müəyyənləşmiş, eyni zamanda dövlət tərəfindən birləşdirilmiş tamdır.

Başqa bir “iqtisadi insan” modelində əsas məsələ konkret şəxsin gördüyü fiziki-əqli işin, insanın əmək fə-aliyyətinin təkcə maddi cəhəti deyil, ən çox bu işin mənəvi tərəfi, nüfuzu, mürəkkəbliyi, cəmiyyət üçün sosial əhəmiyyəti meyar rolunu oynayır. Belə insan peşə-sənət seçimində sərbəst olmaq, demokratik cəmiyyətdə yaşamaq istəyir.

“İnzibati insan” modeli, keçmiş sovet-sosialist ölkələrində fəaliyyət göstərmiş planlı təsərrüfat, əmrlə idarə olunan iqtisadi sistem üçün xarakterikdir. Həmin şəraitdə fəaliyyət göstərən insan bir tərəfdən məcburi plan tapşırıqlarını yerinə yetirməli, digər tərəfdən isə öz xərclərini azaltmaq hesabına yaşayışını təmin etməli idi. Rasional iqtisadi davranış tərzinin, yəni az xərclərlə daha çox xeyir götürmək səylərinin ifadəsi olan bu vəziyyət, şübhəsiz obyektiv-subyektiv xarakterli müxtəlif çətinlik və ziddiyyətlərlə səviyyələnmişdir.

Eyni zamanda “insan modeli”nin sinfi mübarizə xarakteri daşıyan marksist; passiv, yaxud dinc vasitələrə üstünlük verən “absenteizm”; cəmiyyətdə sosial təbəqələşmənin aradan qaldırılmasının mümkünsüzlüyünü irəli sürən “funksionalizm”; təsərrüfat subyektlərinin bazarın imkanları haqqında məlumata malik olmadıqlarını əsaslandıran “təkamül iqtisadiyyatı”; keçid dövründə iqtisadi sistemlərin transformasiyası (dəyişməsi, yeniləşməsi) ilə bağlı əvvəlki münasibətlərin dağılması və real iqtisadiyyatın fiziki şəxslərin iqtisadiyyatına çevrilməsi, habelə digər konsepsiyalar da vardır.

“İnsan modeli” haqqında müxtəlif elmi-nəzəri baxışları ümumiləşdirərək demək olar ki, ayri-ayrı cəmiyyət-lərdə “iqtisadi insan”ın davranışı və əmək fəaliyyəti həmişə təbii, sosial, iqtisadi, siyasi, bioloji, ekoloji amillərin təsiri altında formalaşmışdır.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin