Çatışmazlıq- Tələbin həcminin təklifın həcmindən daha yüksək səviyyədə olduğu vəziyyət.
Çap reklamları - Mətbəə üsulu ilə yerinə yetirilən reklamlar.
Çarter - Nəqliyyat vasitələrinin sahibləri ilə sifarişçi (icarədar) arasında müəyyən müddətə bağlanmış müqavilə.
Çek - Müəyyən olunmuş formada pul sənədə kimi fiziki, yaxud hüquqi şəxsin bankdakı vəsaiti (pulu) barəsində qəti sərəncamı, əmri.
Çeşid - Məhsul və xidmətlərin tərkibi, növləri, tipləri.
Çevik iqtisadi siyasət- Dövlətin və şirkətin yaranmış konkret vəziyyətdən irəli gələn hərəkət xətti.
Çevik kapital- Asanlıqla əvəz edilə bilən və dəyişdirilə bilən kapital.
Çevik qiymət - Razılaşdırılmış, lakin əmtəələrin göndərildiyi və xidmətlərin göstərildiyi vaxt bazar qiymətlərinin dəyişkənliyindən asılı olaraq, yenidən baxılan kəmiyyət.
Çevik valyuta məzənnəsi - Valyuta bazarındakı dəyişikliklərlə müəyyən olunan, yaxud «üzən» məzənnə.
Çıxış qiyməti- Alıcının almağa, satıcının isə satmağa razı olduqları ən yüksək yaxud ən aşağı qiymət.
Çoxtərəfli hesablaşma- Uç və daha çox ölkəni əhatə edən xarici ticarət, kredit, investisiyalar üzrə qarşılıqlı hesablamalar sistemi.