Ödəmə qabiliyyəti- Dövlətin, hüquqi və fiziki şəxslərin tədiyyələr (borclar) üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti.
Ödəniş valyutası- Xarici ticarət əlaqələrində aparılan əməliyyatların ödənildiyi valyuta.
Ölkənin sənayeləşdirilməsi- Ölkə iqtisadiyyatının sənaye əsasına keçirilməsi.
Ölü renta- İstifadə olunmayan mülkə, əmlaka, torpağa görə ödənilən icarə haqqı.
Özəl bölmə- Özəl (xüsusi) mülkiyyətdə olan, özəl kapitala məxsus iqtisadi obyektlər.
Özəlləşdirmə- Dövlətə və ictimai mülkiyyətə məxsus müəssisə, şirkət, obyektlərin ayrı-ayrı vətəndaşlara, xüsusi mülkiyyətçilərə, eyni zamanda xaricilərə satılması.
Öz xərcini ödəmə- istehsal olunan məhsulun satışı və göstərilən xidmətlər hesabına qazanılan gəlirlə öz xərclərini tam ödəməyə əsaslanan təsərrüfatçılıq prinsipi.