Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə42/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Qrafik təsvirlər metodu. İqtisadi, hadisə və pro­sesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. Məsələn, tələblə təklifin dəyişməsini, əmək haqqı ilə əha­li­nin iqtisadi-sosial vəziyyətinin asılılığını, inflyasiya pro­sesləri ilə əhalinin məşğulluğu arasındakı əlaqəni, ümumi daxili məhsulun (ÜDM) artım dinamikasını qrafik üsul­larla aydırılaşdırmaq mümkündür.

Riyazi modelləşdirmə metodu. Bu metod iqtisadi prosesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiy­yət­lər vasitəsilə ifadə etməyə imkan verir. Məsələn, hər hansı bir ölkədə tədavüldə nə qədər pulun lazım olduğunu, torpaq sahəsinin qiymətini, həyat səviyyəsi indeksini, xarı­ci ticarət əlaqələrinin səmərəliliyini məhz bu metodla he­sab­layırlar. Riyazi modelləşdirmə metodu ilə aparılan he­sab­lamalar, iqtisadi prosesləri sadəcə qeydə almaqla kifa­yətlənməyib, eyni zamanda həmin hadisələrin özünə­məx­sus xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini müəyyənləşdirməyə imkan verir. Həmin metod vasitəsilə iqtisadi modellər yaradılır.

Cəmiyyətdə baş verən mürəkkəb və çoxcəhətli iqti­sa­di proseslərin aydınlaşdırılaraq təhlil olunmasında, ha­be­lə perspektiv təsərrüfat həyatı məsələlərinin həllində mühüm vasitə olan iqtisadi metodlar, konkret şəraitə görə tətbiq olunduqda, habelə bir-biriylə əlaqəli öyrənildikdə, şübhəsiz daha faydalı nəticələr əldə edilir.

Qlobal və milli iqtisadiyyat çərçivəsində baş verən ziddiyyətli proseslərin müxtəlif metodlar vasitəsilə öyrə­nil­məsi iqtisadi nəzəriyyənin metodologiyası adlanır. De­mə­li iqtisadi nəzəriyyənin metodologiyası - təsərrüfat hə­ya­tındakı hadisələri tədqiq edən metodlar haqqında elm­dir. Metodologiya iqtisadi proseslərin öyrənilib dərk edil­mə­sinə ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zə­mini ilə səciyyələnir.

İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir neçə əsas yanaşmanı, o cümlədən: subyektiv (idealist), po­zi­tiv-empirik (neopozitiv empirik və skeptizm), rasio­nal, dialektik (materialist) baxışları göstərmək olar.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin