Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə43/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Subyektiv yanaşma, iqtisadi proseslərin təhlilinin çıxış nöqtəsi kimi subyekti (“mən”, homoekonomiks”) götürür və onun fəaliyyətinin (davranışının) ətraf mühitə münasibətini nəzərdə tutur.

Pozitiv-empirik yanaşma, iqtisadi hadisələrin kon­kret nəticələrinin öyrənilməsinə, gələcəkdə elmi-texniki nailiy­yət­lər əsasında yeni iqtisadi modellərin tətbiqinə üs­tün­lük verir.

Rasional yanaşma, bütövlükdə cəmiyyətin iqtisadi sis­teminin inkişafının hərtərəfli qiymətləndirilməsini irəli sürür.

Dialektik yanaşma, iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürərək, onların gələcək inkişaf meyl­lərini araşdırır.
3.3.İqtisadi kateqoriyalar, anlayışlar
İqtisadi nəzəriyyə bir elm kimi cəmiyyətin tə­sər­rüfat həyatında gedən prosesləri izləyib təhlil etmək və öz mü­la­hizələrini bildirmək üçün həmişə iqtisadi kateqoriya­lara, yaxud anlayışlara, terminlərə müraciət edir.

İqtisadi kateqoriyalar, iqtisadi hadisələrin və təsər­rü­fat həyatının müxtəlif proseslərinin ən mühüm tərəflərini ifadə edən nəzəri anlayışlardır. Bu anlayış və kateqo­ri­ya­lar, iqtisad elminin ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş şəkildə ifadə edən simvollar, rəmzlər kimi iqtisadi nəzə­riy­­yənin əlifbası rolunu oynayır. İqtisadi kateqoriya və an-layışları öyrənib dərk etmədən, onların mahiyyətini və təzahür formalarını, dəyişilmə xüsusiyyətlərini və trans­for­masiya gedişini bilmədən, təsərrüfat həyatının mürək­kəb proseslərindən baş çıxarıb onları izah etmək mümkün de­yildir. Müqayisə üçün qeyd etmək olar ki, bədii ədəbiy­yatın obrazları müxtəlif insanlardısa, iqtisadi nəzəriyyə elminin “obrazları və surətləri” məhz kateqoriyalardır.

Məsələn, mülkiyyət, torpaq, bazar, əmtəə, pul, is­teh­sal, bölgü, mübadilə, istehlak, ticarət, kapital, əmək, gəlir, iş qüvvəsi, faiz, bank, renta, dəyər, qiymət, əmək haqqı, ümumi daxili məhsul, həyat səviyyəsi, kapitalist, sahibkar, istehsal xərcləri, kredit, investisiya, büdcə kə­si­ri, mənfəət, rəqabət, tələb, təklif, inhisar iqtisadi kateqoriyalardır. Bu iqtisadi anlayışlar vasitəsilə həyatda rastlaşdığımız təsər­rüfat problemləri aydınlaşdırılır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin