Mühazirə mətnləri Bakı ­- 2015


İstehsal imkanları və alternativ xərclər



Yüklə 0,93 Mb.
səhifə50/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

4.4. İstehsal imkanları və alternativ xərclər
İqtisadi resursların, maddi-texniki bazanın və texno­lo­gi­yaların nisbi məhdudluğu üzündən cəmiyyətin get­dik­cə artan tələbatlarının tam ödənilməsi həmişə mümkün olmur. Konkret bir ölkənin timsalında, onun istehsal im­kan­ları daxilində hansı məhsullardan və nə qədər hazır­lamasının daha səmərəli variantının müəyyənləşdirilmə­sini sadələşdirmək üçün aşağıdakı şərtlər nəzərə alınma­lıdır:

- həmin ölkədə əhalinin işlə optimal məşğulluğu tə­min edilmişdir;

- istehsal və xidmət sahələrində istifadə edilən iqtisa­di resursların həcmi sabitdir (dəyişməzdir);

- istehsal proseslərində və xidmət dairəsində tətbiq olunan texnika-texnologiya dəyişmir;

- ölkədə yalnız 2 adda məhsul, məsələn geniş məna­da istehsal vasitələri və istehlak şeyləri, dar mənada isə silah-ərzaq, yaxud P.Samuelsonun "İqtisadiyyat (Econo­mics)" kitabında aydınlıq naminə yazdığı kimi top və yağ hazırlanır.

Deməli, ölkənin mövcud iqtisadi resursları bazasında cəmiyyətdə ya istehsal vasitələri hazırlamalıdır ki, bunla­rın köməyi ilə onun tələbatları ödənilsin; yaxud da təkcə istehlak şeyləri (ərzaq, paltar, mebel və sair) hazırlanaraq, insanların gündəlik ehtiyacları təmin olunsun. Başqa söz­lə, tələbatların sonsuzluğu və iqtisadi resursların məhdud­luğu şəraitində həm cəmiyyət, həm də insanlar müəyyən (konkret) seçim qarşısında durduqlarından, təbii olaraq onlar nəyə üstünlük vermələri barəsində qərara gəlməli­dirlər. Bu isə о deməkdir ki, hər hansı bir məhsulun (məh­sul qrupunun) hazırlanmasına sərf olunmuş iqtisadi resurs­lar, hökmən digər bir məhsulun (məhsul qrupunun) hazır­lanması imkanlarını məhdudlaşdıracaq, bəzi hallarda isə hətta bunun qarşısını tamamilə alacaqdır. Bu reallığı, yəni iqtisadi resurslardan alternativ (əks) istiqamətlərdə istifadə olunması nisbətinin müxtəlif variantlarını aşağıdakı cəd­vəl­dən görmək olar:




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin