İqtisadi resursların, hazır məhsulların və pul gəlirlərinin dövr etməsi
Bazar reallığında alqı-satqı münasibətləri nəticəsində müəyyən məbləğ həcmində pul əldə etmiş onun fasiləsiz surətdə gah alıcıya, gah da satıcıya çevrilən iştirakçıları, təbiidir ki, həm öz tələbatlarını ödəmək və həm də fəaliy-yətlərini davam etdirmək üçün bu puldan müxtəlif istiqamətlərdə faydalanacaqlar. Ev təsərrüfatları və şirkətlər öz gəlirlərini, maddi-maliyyə imkanlarını həm istehsal xarakterli xərclərə, həm də istehlak məqsədlərinə sərf edəcəklər.
Cəmiyyətin çoxsahəli təsərrüfat həyatında resursların, hazır məhsulların və onların reallaşdırılmasından əldə olunmuş pul gəlirlərinin (kapitalın, sərvətin) fasiləsiz hərəkəti, yaxud dövr etməsi prosesi baş verir. Dövlətin zəruri iqtisadi tənzimləmə tədbirləri və xarici ticarət əlaqələrinin təsiri altında davam edən bu mürəkkəb qarşılıqlı hərəkət, bazarda ev təsərrüfatları ilə şirkətlərin timsalında, resursların və hazır məhsulların, habelə pul gəlirlərinin dövr etməsi adlanır. Həmin fasiləsiz hərəkət prosesi qrafik sxem şəklində aşağıdakı kimi təsvir olunur:
İqtisadi resursların, istehsal olunmuş məhsulların, göstərilmiş xidmətlərin və əldə edilmiş pul gəlirlərinin fasiləsiz hərəkət axını, dövr etməsini əks etdirən bu sxemdən aydın olur ki, ölkənin çoxsahəli təsərrüfat həyatında iqtisadi resursların hərəkəti saat əqrəbinin əksi istiqamətində pul gəlirləri, habelə istehlakçıların xərclərinin hərəkəti isə saat əqrəbi istiqamətində davam edir.
Dostları ilə paylaş: |