MÖVZU 5.
İQTİSADİ RESURSLARIN VƏ GƏLİRLƏRİN DÖVR ETMƏSİ
Bazar münasibətləri iqtisadi sisteminin obyektləri və subyektləri
Hər bir bazarın həm obyektləri (əmtəə xidmətləri, əmək, kapital) və subyektləri, yəni konkret iştirakçıları (sahibkarlar, işçilər, son istehlakçılar, borc kapitalı sahibləri, qiymətli kağız sahibləri, ticarətçilər, ev təsərrüfatları, banklar, müəssisələr, dövlət, satıcılar, alıcılar) vardır.
Müasir bazar münasibətləri iqtisadi sistemi özünün çoxsaylı obyektləri-subyektləri və mürəkkəb quruluşu (strukturu) ilə səciyyələnir. Bazarın obyektlərini onun qu-ruluşu daxilində aşağıdakı sxemdən görmək olar:
Bazar təsərrüfatının subyekt quruluşu onun iştirakçılarının məqsədlərini, qarşılıqlı razılaşdırılan iqtisadi maraqlarının hüquq bərabərliyini, əmtəə-xidmətlərin hərəkəti ilə bağlı münasibətlərin təşkilini və müxtəlif formalarını əks etdirən münasibətlər sistemidir.
Müasir bazar təsərrüfatının fəaliyyəti onun müxtəlif subyektlərinin fəal iştirakı və qarşılıqlı təsir əlaqələri şəraitində həyata keçirilir. Bazar münasibətləri iqtisadi sisteminin iştirakçılarının quruluşunu ümumiləşdirərək, sadələşdirilmiş şəkildə 4 əsas qrupa ayırmaq mümkündür:
a) ev təsərrüfatı subyektləri qrupu. Buraya təkbaşına, yaxud ailəvi istehsal-xidmət dairəsində fəaliyyət göstərənlər daxil edilirlər.
Dostları ilə paylaş: |