Mühazirə mətnləri Bakı ­- 2015


Resurslar və hazır məhsullar bazarı



Yüklə 0,93 Mb.
səhifə57/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Resurslar və hazır məhsullar bazarı

Bazar iqtisadiyyatı şəraitində iqtisadi resurslar (tor­­paq, əmək, kapital, sahibkarlıq qabiliyyəti, elm-bi­lik, mə­lu­mat-informasiya imkanları) və cəmiyyətin ha­zır məh­sul­lar bazarının fəaliyyət xüsusiyyətləri öz sə­ciy­­yəvi cəhətlə­rinə görə fərqlənirlər. Müasir dünyanın tə­s­ərrüfat həyatı əsasən bazar münasibətləri (mülkiyyət, şəx­­si maraq, azad sahibkarlıq fəaliyyəti, bazar rəqabəti, də­­yişkən qiymət sərbəstliyi) və “nə istehsal etməli, nə qə­­dər istehsal etmə­li” iqtisadi sisteminin prinsipləri üzə­­rində quruldu­ğun­dan, onun konkret iştirakçılarının (sub­­yektlərinin) qar­şı­lıqlı əla­qələrini aydınlaşdırmaq zə­­ruridir.

Bazar münasibətləri iqtisadi sistemi şəraitində, ba­za­­rın subyektlərindən biri sayılan müasir dövlətin öl­kə­nin daxili-xarici iqtisadi-ticarət əlaqələrindəki rolu nə­zər­ə alınmasa, burada 2 əsas qrup – ev təsərrüfatları və müx­­­təlif şirkətlər həlledici qərarlar qəbul edib, mühüm rol oynayırlar. Oma görə də hər ölkənin milli iqtisa­diy­ya­­­tın iki bazar:


  1. iqtisadi resurslar (torpaq, əmək, kapital, sa­hib­ka­r­­lıq qabiliyyəti) bazarı;

  2. hazır məhsullar-xidmətlər bazarı fəaliyyət gös­tə­­­rir.

Əmtəə-xidmətlər və pulun fasiləsiz hərəkəti sa­yə­sin­­­d­ə bazarda baş verən çoxsaylı sövdələşmələr, yaxud mü­­badilə nəticəsində ev təsərrüfatları müəyyən istehsal amil­­­lərini (məsələn, iş qüvvəsini, kapitalını, torpağını, sa­­­hibkarlıq qabiliyyətini) resurslar bazarına çıxarır. Bu mü­badilə alqı-satqı nəticəsində əldə etdiyi pul gəlirini ev təsərrüfatları (ailə) öz müxtəlif təyinatlı sosial-iq­tisa­di, mədəni-intellektual tələbatlarının ödənilməsinə sərf edir­­lər. Bu mənada bazar münasibətləri iqtisadi sis­te­min­­­də ev təsərrüfatları həlledici əhəmiyyət daşıyaraq, bü­­t­övlükdə onun fəaliyyətini şərtləndirir.

Öz növbəsində ev təsərrüfatlarından aldıqları re­surs­­­ların kombinasiyası əsasında müxtəlif təyinatlı əm­təə­­­lər istehsal edən və xidmətlər göstərən şirkətlər, bir­lik­­­lər, transmilli korporasiyalar (TMK) isə bazarı, alı­cı­la­­­rın ehtiyac, habelə zövqünə uyğun məhsullarla fa­si­lə­siz surətdə təmin edirlər.

Bazar iqtisadiyyatı şəraitində ölkənin təsərrüfat hə­­­yatının bir tərəfində onu iqtisadi resurslarla təmin edən­­­lər - ev təsərrüfatları, digər tərədən isə bu iqtisadi re­­­s­urslar və istehsal prosesində onun amilinə çevrilən şərt­­­lər əsasında müxtəlif məhsullar hazırlayan, xid­mət­lər göstərən kiçik, orta, iri, nəhəng tipli şirkətlər durur.

Maraqlıdır ki, bu ikitərəfli münasibətlər sis­te­min­də ev təsərrüfatlarının və şirkətlərin oynadıqları rol, ye­ri­­­nə yetirdikləri vəzifələr (funksiyalar) müxtəlif, həm də dəyiş-kəndir. Belə ki, müəyyən mərhələdə resurslar ba­­­zarında həmin əmtəə-xidmətlərin mülkiyyətçiləri, sa­hib­­ləri olan ev təsərrüfatları (ailələr) konkret satıcı, öz m­a­lını təklif edən kimi çıxış etdiyi halda, şirkətlər alıcı ro­­lunu oynayırlar.

Lakin istehsal başa çatdıqdan sonrakı mərhələdə, ha­­zır məhsullar bazarında artıq əks proseslər baş verir. Bu halda şirkətlər əmtəə-xidmətlərin satıcısı rolunu oy­na­­yır, ev təsərrüfatları isə öz ehtiyac, tələbat və im­kan­la­­rına görə həmin məhsulların alıcısına çevrilirlər. Baş­qa sözlə, bu halda dəyərlərin mübadiləsi və rolların də­yiş­­məsi (trans­for­masiyası) prosesi baş verir. Dünən re­surs­­lar bazarında satıcı olan ev təsərrüfatları, hazır məh­­sullar bazarında po-tensial alıcıya çevrilir. Əksinə, bu gün hazır məhsullar ba-zarında satıcı rolunu oynayan müx­­təlif şirkətlər, sabah öz istehsal proseslərini davam et­­dirmək üçün resurslar bazarında alıcı kimi çıxış et­mə­li­­dir. Deməli, “hər şey axır, hər şey dəyişir”, bazarda əm­­təə-xidmətlərin və pulun əldən-ələ keçərək davam edən fasiləsiz hərəkəti, onun fəaliyyətini təmin edir.



    1. Yüklə 0,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin