müəssisə və şirkətlərdən ibarət subyektlər qrupu. Buraya gəlir əldə etmək məqsədiylə başqalarını da işə cəlb etməklə istehsal və biznes fəaliyyəti ilə məşğul olanlar daxil edilir.
Banklar və bank işinin normal fəaliyyətini tənzim edən maliyyə-kredit orqanları ayrıca bir subyektlər qrupunu təşkil edir.
Dövlət idarəetmə orqanları və təşkilatları bazar subyektlərinin xüsusi bir qrupunu təşkil edərək, cəmiyyətin ümumi təsərrüfat həyatında ictimai istehsalın gedişini tənzimləyir, habelə onların fəaliyyəti üzərində nəzarəti hə-yata keçirir.
Müxtəlif subyekt qrupları arasında bazar iqtisadiyyatı şəraitində müəyyən əlaqə vardır və onların fəaliyyəti biri-birini tamamlayır.
Ev təsərrüfatları, yaxud ailə tarixən bütün cəmiyyətlərdə əmtəə-xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakında mühüm rol oynamışdır. Təəssüf ki, əvvəllər iqtisadi ədəbiyyatda bu məsələyə o qədər də yer veril-məmiş və diqqət yetirilməmişdir. Ailə bir neçə şəxsdən ibarət olub, müstəqil qərarlar qəbul edən, öz tələbatlarını ödəməyə çalışan və hər hansı bir istehsal amilinin (torpaq, iş qüvvəsi, kapital) sahibi olmaqla yanaşı, istehsal prose-sinin zəruri şərti sayılan “insan kapitalı”nın təkrar isteh-salını təmin edən iqtisadi vahiddir.
Şirkət (müəssisə) istehsal amillərinin müəyyən kombinasiyası (birləşdirilməsi, əlaqələndirilməsi, quraşdırılması) əsasında müxtəlif təyinatlı məhsullar hazırlayıb, mənfəət əldə etmək məqsədilə satışa çıxaran təsərrüfat va-hididir.
Bank iqtisadiyyatın normal fəaliyyəti üçün zəruri olan sərbəst pul vəsaitlərinin hərəkətini tənzimləyən maliyyə-kredit təşkilatıdır.
Dövlət və onun müvafiq hakimiyyət orqanları, cəmiyyətin ictimai məqsədlərinin həyata keçirilməsi üçün bazar və onun subyektləri üzərində müəyyən siyasi, hüquqi, inzibati vəzifələri həyata keçirən rəsmi orqandır. Şübhəsiz, ayrı-ayrı dövlətlərdə ölkənin keçdiyi yüksəliş yolunun özünəməxsus xüsusiyyətlərindən, gəlib çatdığı sosial-iqtisadi inkişaf səviyyəsindən, qarşısına qoyduğu vəzifələrdən, imkanlarından, iqtisadi resurslarından asılı olaraq, dövlətin təsərrüfat həyatında rolu müxtəlif olur. Bu cəhətlər özünü mülkiyyət münasibətlərində, vergi və gömrük işində, xarici iqtisadi ticarət əlaqələrində, habelə digər sahələrdə göstərir.
Bazar münasibətləri iqtisadi sistemi subyektlərinin - ev təsərrüfatlarının (ailələrin), müəssisələrin (şirkətlərin), bankların (maliyyə-kredit qurumlarının), dövlət orqanlarının qarşılıqlı münasibət və əlaqələri aşağıdakı sxemdə verilmişdir.
Dostları ilə paylaş: |