Mühazirə mətnləri Bakı ­- 2015


Qeyri-bazar iqtisadi sistemi



Yüklə 0,93 Mb.
səhifə63/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

6.3. Qeyri-bazar iqtisadi sistemi


  1. Qeyri-bazar iqtisadi sisteminin ənənəvi forması­nın mahiyyəti birgə (icma) mülkiyyəti əsasında dini eti-qadlara, etik normalara söykənərək təsərrüfat həyatının inkişafıdır. Ənənəvi iqtisadi sistemin səciyyəvi cəhətləri onun ibtidai texniki üsullarla aparılması, əl əməyinin üs­tün­lüyü əsasında təbiətin verdiyi nemətlərin toplanması və qismən emal olunaraq, insanlar tərəfindən istehlak edil­mə­si idi. Bu sistemdə bütün həlledici iqtisadi problemlər əsr­lər boyu davam etmiş icma və tayfaların ənənəvi «dədə-baba» qaydaları ilə həll edilmişdir. Ənənəvi iqtisadi sis­tem­də təsərrüfat həyatının təşkili və idarəsi məsələləri ağ­saqqallar şurasının razılığı, habelə başçıların, rəhbər­lə­rin iradəsi ilə yerinə yetirilmişdir.

Ənənəvi iqtisadi sistem qədim dövrlərdən baş­la­ya­raq bəşəriyyətin inkişafının sonrakı mərhələlərində də müəyyən rol oynamışdır. Müasir dövrlərdə Asiya, Afrika qitəsinin, Cənubi Amerikanın, Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinin, uzaq dəniz adalarının, hələ də geridə qal-mış xalqların təsərrüfat həyatının müəyyən sahələrində ənənəvi iqtisadi sistemin ayrı-ayrı ünsürləri qalmaqdadır. İnkişaf etməkdə olan dövlətlərin, xüsusilə neftlə zəngin olan Ərəb, Şərq ölkələrinin iqtisadi-sosial inkişafında müasir texnika və texnologiyanın nailiyyətlərindən geniş istifadə olunsa da, lakin iqtisadiyyata rəhbərlik vərəsəlik prinsiplərinə tabe edilir, resursların və gəlirlərin bölgüsü səmərəlilik meyarları ilə deyil, ənənələrin tələb etdiyi «so­sial ədalət» qaydalarına uyğun həyata keçirilir. Bazar mü­na­sibətləri iqtisadi sisteminin formalaşmasından (XVIII əsr) sonra ənənəvi sistemin öz fəaliyyət dairəsini məhdud­laş­dırması prosesi davam etməkdədir.

  1. İnzibat-amirlik, yaxud əmrlə idarə olunan iqti­sa­di sistem keçmiş Sovet İttifaqında, Şərqi Avropa və Asiya qitəsinin bir sıra ölkələrində hökm sürmüşdür. Azərbaycan Respublikası da zorakı işğalçılıq siyasəti nəticəsində 70 il müddətində (1920-1991) Sovet İttifaqının tərkibində in­zibati amirlik sistemində olmuşdur. Hazırda Çin Xalq Res­publikası, Şimali Koreya, Kuba Respublikasının tə­sər­rüfat həyatında inzibati-amirlik sisteminin müəyyən üsul və metodlarından qismən istifadə olunmaqdadır.

Bu iqtisadi sistemin ən mühüm cəhəti, onun formal baxımdan ictimai, əslində isə mərkəzləşdirilmiş qaydada dövlət mülkiyyəti üzərində qurulub fəaliyyət göstər­mə­si­dir. Qeyd etmək lazımdır ki, inzibati-amirlik sisteminin meydana çıxması, cəmiyyətin təbii-tarixi gedişinin deyil, XX əsrin əvvəllərində bütün dünyada qərarlaşmağa baş­layan bazar iqtisadi münasibətlərinin təkamül yolu ilə inkişafının zorakı vasitələrlə qarşısının alınması ilə bağlı olmuşdur. Hamının bərabərliyi və əhalinin həyat səviy­yə­sini yüksəltməyi özünün əsas məqsədi, eyni zamanda və­zi­fə­si elan etmiş inzibati-amirlik sistemi, gündəlik fəaliy­yə­ti, iqtisadi siyasəti, totalitar rejimi, vahid ideologiyası, tək­partiyalılığı ilə həmin prinsipləri mahiyyətcə pozmuş­du.

Vahid mərkəzdən istehsalın planlı sosialist idarə­çi­li­yinə, direktiv göstərişlərlə bölgü prinsiplərinə, isteh­sal­çı­la­rın iqtisadi maraq və müstəqilliyinin boğulmasına, ölkə­nin resurslarından səmərəsiz istifadə olunaraq dünyada kommunizm ideyalarının ağalığına yönəldilməsinə, hərbi sənaye kompleksinin üstün inkişafına əsaslanan bu sistem, dünya kapitalizm aləmi, habelə beynəlxalq bazarın rəqabət mübarizəsinə davam gətirə bilməyərək, 1991-ci ildə iflasa uğradı.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin