Mühazirə mətnləri Bakı ­- 2015


Tələb və təklifin bazar tarazlığı



Yüklə 0,93 Mb.
səhifə71/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

7.4. Tələb və təklifin bazar tarazlığı
Bazara çıxarılan əmtəə-xidmətlər tələb və təklifin təsiri altında formalaşan müəyyən bir qiymətə satılır. Ba-zar münasibətləri iqtisadi sistemində onun fəaliyyət me-xanizminin tərkib hissəsi sayılan qiymətin düzgün for­ma­laşması, sağlam iqtisadiyyatın inkişafında mühüm rol oy-nayır. Çünki qiymət vasitəsiylə istehsalçılarla is­teh­lak­çılar, şirkətlərlə dövlət, əhali ilə dövlət arasındakı mü­na­si­bət­lər tənzimlənir. Qiymət-istehsal və istehlak proses­lə­ri­nin son nəticələrini özündə yekunlaşdıran, onun nə də­rə­cədə səmərəli aparıldığını özündə əks etdirən ölçü me­ya­rı­dır. Bazar qiyməti isə orada reallaşdırılan hər hansı bir əmtəənin-xidmətin konkret ifadəsidir.

Bazarda yaranmış vəziyyətlə bağlı, bu və ya digər məhsul öz qiymətindən (dəyərindən) baha satıla bilər. Buna səbəb, həmin məhsula (xidmətə) bazarda tələbin təklifdən çox olmasıdır. Bu halda üstünlük istehsalçının və satıcının tərəfində olduğundan, həmin yüksək qiymət - təklif qiyməti adlanır.

Eyni zamanda mümkündür ki, müxtəlif səbəblərlə bağlı, bazarda alıcılara təklif olunan ayrı-ayrı məhsulların yaxud xidmətlərin həcmi (miqdarı), alıcıların tələbindən xeyli çoxdur. Təbiidir ki, bu halda (əlbəttə, müəyyən is-tisnalarla) tələb qiyməti, həmin əmtəələrin-xidmətlərin bazar qiymətindən aşağı olacaqdır. Belə bir vəziyyətdə bazarda formalaşan qiymətə - tələb qiyməti deyilir.

Bazar qiymətinin formalaşmasına ilk növbədə tələb və təklif, istehsal xərcləri, əmtəənin keyfiyyəti, dizayn xü-susiyyətləri, əhalinin gəlirləri, onların alıcılıq qabiliy-yəti, mövsümülük, reklam kimi amillər bilavasitə, habelə do-layı yollarla təsir göstərir.

L akin, adətən bazar üçün səciyyəvi olan müəyyən qiymət enib-qalxmalarını nəzərə almasaq, orada tələblə təklifin səviyyəsinin şər­ti nisbi sabitliyi (bəra­bər­li­yi) prin­si­pini əsas götürsək, bazarda taraz­lıq qiyməti əmələ gəlir. Bazarda tarazlıq qiy­mə­ti dedikdə, müəyyən bir vaxt (ay, rüb, il) ərzində mövcud qiymətlər şəra­itin­də məhsul­­­lar – xid­mət­lər təklifinin ümumi həcmi ilə həmin mallara alıcı tələbi arasında müəyyən uyğunluq başa düşülür. Həmin asılılığı sxem (qrafık) şə-kildə belə göstərmək olar:

Bazarda yaranmış tələblə təklifin tarazlıq səviyyəsi və buna uyğun formalaşan müvafıq tarazlıq qiyməti, vahid bir prosesin əks tərəfləri kimi çıxış edən tələblə təklifın konkret vaxtla üst-üstə düşə biləcəyini göstərir. Amma qeyd etmək zəruridir ki, bu hal bazar münasibətləri iqti-sadi sistemi şəraitində ötəri və dəyişkən bir xarakter da-şıyır. Bazarda baş verən müxtəlif proseslər rəqabət, qiy-mət, vergilər, habelə digər daxili və xarici amillərin təsiri altında həmin tarazlıq vaxtaşırı pozulur. Çünki bazar də-yişkən və dalğalanan dənizi xatırlatdığından, burada taraz-lıq vəziyyəti müvəqqəti, qeyri-sabitlik isə daimidir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin