Mühazirə mətnləri Bakı ­- 2015


FƏRDİ BAZARLARIN TƏHLİLİ: TƏLƏB VƏ TƏKLİF MAHİYYƏTİ



Yüklə 0,93 Mb.
səhifə67/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

FƏRDİ BAZARLARIN TƏHLİLİ: TƏLƏB VƏ TƏKLİF MAHİYYƏTİ
7.1. Bazarın meydana çıxması, inkişaf yolu və təsnifatı
Təxminən 10 min illik tarixə malik olub, bə­şəriy­yə­tin mühüm kəşflərindən biri sayılan bazar, cə­miy­yə­tin təbii-tarixi inkişaf prosesinin məntiqi nəticəsi kimi onun ictimai-siyasi, sosial-iqtisadi və mədəni-əxlaqi cə­h­ət­lərini özündə əks etdirən mürəkkəb iqtisadi ka­te­qo­ri­ya­­dır.

Sivilizasiyaların inkişafının müəyyən mər­hə­lə­sin­də bazarın meydana çıxması, cəmiyyətdə ictimai əmək böl­güsünün genişlənib-dərinləşməsi, xüsusi mülkiy­yə­tin for­ma­­laş­ması, əmtəə-pul münasibətlərinin təkamülü, in­san­la­rın tələbatlarının getdikcə artması ilə bağlıdır.

Alıcılarla-satıcıların konkret görüş yeri və onların iq­tisadi maraqlarının reallaşdırıldığı məkan rolunu oy­na­yan bazar, eyni zamanda məlumat, vasitəçi, rəqabət, qiy­mət­yaratma, tənzimləyici kimi mürəkkəb, həm də zid­diy-yətli vəzifələri yerinə yetirməklə ölkənin tə­sər­rü­fat həya-tının sosial-iqtisadi münasibətlərinin ifa­də­çi­si­dir.

Ölkə iqtisadiyyatının işgüzar fəaliyyətinin meyarı, ya­xud barometri kimi səciyyələnən bazar oradakı ob­yekt-subyektlərin qarşılıqlı əlaqələri əsasında, sanki dra­matik bir tamaşa səhnəsi olub, iqtisadi qərarlar qəbul edən iş­ti­rak­çıların əlaqələrini əks etdirir.

Uzun bir inkişaf yolu keçmiş bazarın hüquq nöq­tey­i-nəzərindən qanuni, icazəsiz, kölgə, boz, qara; ərazi ba­­xımından yerli, milli, region, beynəlxalq; iqtisadi tə­yi­nat cəhətdən əmtəə-xidmətlər, iş qüvvəsi, kapital, qiy­mə­tli kağızlar, məlumat-informasiya, bazarı və sairə ki­mi kon­kret növləri vardır.

Bazar anlayışının tarixi inkişafı və təkamülu yolu onun aşağıdakı formaları (tipləri) olduğunu göstərir:

a) İnkişaf etməmiş bazar, ilk elə bir formadır ki, burada alıcılarla satıcılar arasındakı iqtisadi münasi­bət­lər təsadüfı xarakter daşıyır. Bu tipli bazarda məhsulların biri­nin digərinə dəyişdirilməsinə, barter əlaqələrinə, natural mübadiləyə daha çox üstünlük verilir. Cəmiyyətdə əmək bölgüsünün geniş yayılmadığı, əmtəə-pul münasibətlərinin zəif inkişaf etdiyi, xarici ticarət əlaqələrinin məhdud xa­rakter daşıdığı şəraitdə, inkişaf etməmiş bazar forması, о dövrün tələblərinə uyğun olaraq öz tarixi rolunu əsrlər bo-yu uğurla yerinə yetirmişdir. Hazırda da bir sıra zəif inki-şaf etmiş ölkələrdə, ucqar ərazilərdə, uzaq adalarda, yaxud müharibə, iqtisadi blokada vəziyyətində olan dövlətlərdə inkişaf etməmiş bazar formasından istifadə olunur.

b) Azad (klassik, sərbəst, rəqabət) bazarının səciy­yəvi xüsusiyyəti, həmin formada istər satıcıların, istərsə də alıcıların sayı qeyri-məhduddur. Bu tip bazarda tələb və təklifın hərəkətverici qüvvəsi sayılan rəqabət mübarizəsi hökm sürdüyündən, həmin amil məhsulların istehsal həc-minə, keyfıyyət göstəricilərinə, qiymətinə, ticarət xidməti səviyyəsinə müsbət təsir göstərir. Azad rəqabət bazarı for-masında inhisarçılığa, inzibati əngəllərə, iqtisadi maneə-lərə prinsip etibarilə yer yoxdur.

c) Tənzimlənən bazar forması, müasir bazar müna­si­bətləri iqtisadi sisteminin bərqərar olduğu yüksək inkişaf etmiş, qanun və səmərəlilik prinsiplərinin ali sayıldığı si-vil cəmiyyətlərdə fəaliyyət göstərir. Dövlət və onun müx-təlif idarəetmə orqanları konkret vəziyyətin hərtərəfli təh-lilinə əsaslanaraq, elə düşünülmüş tədbirlər sistemi işləyib ha­­­­zır­layırlar ki, bunların tətbiqi ölkənin təsərrüfat həyatını tənzimləyir. Bu kompleks iqtisadi-inzibati tədbirlər sis­te­mi ölkənin vergi, gömrük, pul-kredit, xarici ticarət siyasə­ti­nin ümummilli mənafe və təhlükəsizlik baxımından qo­ru­yub tənzimləyir. Aydındır ki, dövlətin iqtisadiyyatı tən-zimlənməsi siyasəti müəyyən optimal hüdudlar və uyğun ədalət-səmərəlilik müstəvisində həyata keçirilərək, isteh-salçıların sərbəstliyini, istehlakçıların isə seçim qərarını pozmamalıdır. Dövlət orqanlarının ölkənin təsərrüfat hə-yatını təmizləməsi prosesi son nəticə etibarilə bütövlükdə iqtisadiyyatın yüksəlişinə xidmət etməlidir və heç vaxt unudulmamalıdır ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir о da" (Nizami).

ç) Mərkəzləşdirilmiş (əmrlə idarə olunan, inzibati-amirlik, dövlətin iqtisadiyyata hədsiz müdaxiləsi) bazar formasının acınacaqlı sosial-iqtisadi nəticələrini, keçmiş Sovet İttifaqı və sosialist ölkələrinin nümunəsi aydın göstərir. Bu tipli iqtisadiyyatın son dərəcədə mərkəz­ləş­di­ri­lərək, dövlət mülkiyyəti əsasında qurulması; xüsusi mül­kiy­yət əsasında sərbəst sahibkarlıq - biznes fəaliyyətinə yol verilməməsi; iqtisadi inkişafın əsasən ekstensiv yol­lar­la aparılması; əhalinin həyat səviyyəsinin dünya stan­dart­la­rından kəskin surətdə geridə qalması; ölkənin iqtisadi resurslarının hərbi xərclərə, kommunizm ideya­la­rı­nın təb­li­ğinə yönəldilməsi; planlı sosialist iqtisadiy­ya­tı­nın qapalı xarakter daşıması və dünya bazarında kəskin­lə­şən rəqabət mübarizəsinə davam gətirə bilməməsi, onun iflasına səbəb oldu.



d) Qarışıq bazar, xüsusi mülkiyyət əsasında sahib­karların, işgüzar biznes adamlarının, dövlət bölməsinin, xarici kapitalın optimal nisbətlər və maksimum səmərə­lilik prinsipləri əsasında fəaliyyət formasıdır. Dünya təsər­rüfat həyatı təcrübəsi göstərir ki, tədricən bu forma aparıcı rol oynayır.

Alim və mütəxəssislərin fıkrincə, dövlət bölməsi ilə xüsusi (özəl) bölmənin ölkənin təsərrüfat həyatının müxtəlif istiqamətlərində birgə səyləri "güclü iqtisadiyyat yaradır, insanlara rahatlıq gətirir, onların ləyaqətini qo-ruyur və şəxsi azadlıqlarını təmin edir. Eyni zamanda tam sərbəst bazar əslində bir növ xaos, qarışıqlıq, nizamsızlıq yaradır... Bazar münasibətlərinə dövlətin hədsiz qarışması da istənilən nəticələri vermir". Ona görə də xüsusi və döv-lət, habelə xarici kapitalın optimal nisbətlərinə əsaslanan qarışıq iqtisadiyyat, bu təməldə formalaşan qarışıq bazar, müasir dövrdə özünü daha çox doğruldur.

Təbii olaraq belə bir sual qarşıya çıxa bilər ki, bazar iqtisadiyyatının üstün və nöqsan, çatışmayan cəhətləri hansılardır?

Cəmiyyətdə bazar münasibətlərinin formalaşması sırf iqtisadi məsələ olmayıb, həm də ictimai, siyasi, əxlaqi dəyərlərlə bağlı mürəkkəb bir prosesdir. Onun üstün cə­hətləri kimi xüsusi mülkiyyətə, sərbəst sahibkarlıq fəaliy­yətinə, insanların təşəbbüskarlığına geniş imkanlar açdı­ğını, bazarda rəqabət yaratdığını, məhsul və xidmət­lərin keyfıyyətini yüksəltdiyini, iqtisadi artımı təmin etdiyini göstərmək olur.

Eyni zamanda bazar münasibətləri iqtisadi sisteminə xas olan sosial ədalətsizlik, işsizlik, inflyasiya, yoxsulluq, əxlaq və milli mentalitetə uyğun olmayan meyllər, ictimai əhəmiyyət kəsb edən sahələrə - elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, incəsənətə lazımı qayğı göstərilməməsi kimi faktlar danılmazdır. Lakin bütün bu çatışmayan cəhətlərə baxmayaraq, bazar münasibətləri iqtisadi sistemi, hələlik bəşəriyyətin kəşf etdiyi və təcrübədə sınaqdan keçirərək, yaşayıb fəaliyyət göstərdiyi ən optimal bir modeldir.



    1. Yüklə 0,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin